Bütün xəbərlər
21 oktyabr, 09:37

Böyük Britaniyada ev alqı-satqısı prosesinin müxtəlif mərhələlərini birləşdirən finteks və daşınmaz əmlak platforması “OneDome” dövlətə məxsus televiziya kanalı “Channel 4”dən 7,5 milyon funt sterlinq (10 milyon dollar) investisiya alıb. 

“Azərbaycan müəllimi” Tech.az-a istinadən xəbər verir ki, bu, “Channel 4”ün media qarşılığında pay (media-for-equity) proqramı çərçivəsində həyata keçirilən sonuncu investisiyadır.

“OneDome” tərəfindən təqdim edilən “HomeBuyer” xidməti ev alanlara ipoteka məsləhəti, hüquqi sənədləşmə və əməliyyatın idarə olunması kimi mərhələləri ilə bağlı xidmət təklif edir.

Şirkət bu ilin əvvəlində “Goldman Sachs” kimi nüfuzlu investorların dəstəklədiyi onlayn ipoteka platforması “Trussle” startapını satın almışdı.

“OneDome” növbəti beş il ərzində Böyük Britaniyada bütün ev alqı-satqısı əməliyyatlarının 10 faizində iştirak etməyi qarşısına məqsəd qoyub.

“Trussle”nin alınmasından sonra şirkət artıq illik 5 milyard funt sterlinqə yaxın ipoteka kreditinin verilməsinə vasitəçilik edir və hər ay minlərlə daşınmaz əmlak əməliyyatını həyata keçirir.

Müqaviləyə əsasən, “Channel 4 Ventures” ilkin mərhələdə “OneDome”a 5 milyon funt dəyərində media resursu təqdim edəcək. Daha 2,5 milyon funt isə müəyyən biznes nəticələrinə nail olunduqdan sonra əlavə investisiya kimi yatırılacaq.

Tərəflərin planına görə, bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə “HomeBuyer” xidmətini tanıtmaq üçün genişmiqyaslı reklam kampaniyası başlanacaq.

“OneDome” startapı artıq mənfəətli fəaliyyət göstərdiyini (profit) bildirir və 2026-cı ilin sonunadək gəlirlərini üç dəfə artırmağı planlaşdırır.

Startapın təsisçisi və baş icraçı direktoru, azərbaycanlı Babək İsmayıldır O mediaya açıqlamasında deyib:

“Evin alınması prosesi hazırda çox mürəkkəb və stresslidir. İnsanlar işdən sonra müxtəlif xidmət təminatçıları ilə əlaqə saxlamaq məcburiyyətində qalırlar. Biz isə alıcılara bütün bu mərhələləri birləşdirən, sabit qiymətə təqdim olunan vahid xidmət paketi təklif edirik”.

“Channel 4 Ventures”in rəhbəri Vinay Solanki isə bildirib ki, bu əməkdaşlıq televiziyanın güclü reklam imkanlarını investisiya təcrübəsi ilə birləşdirərək şirkətlərə əlavə dəyər qazandırır:

“"OneDome" ev alqı-satqısı kimi çətin və mühüm bir prosesi daha sadə, şəffaf və sürətli etməyə çalışır. Şirkət artıq Böyük Britaniyada ən sürətlə böyüyən startaplardan biridir və biz onun bu sahədə dönüş yarada biləcəyinə inanırıq”.

“OneDome” bu investisiyanı ilin sonunadək açıqlanacaq daha geniş maliyyələşdirmə raundunun bir hissəsi olduğunu bildirib.

Şərhlər

Xəbər lenti

21 oktyabr, 12:23

İSESKO rəsmisi: Təhsil islahatları yalnız ümumi prinsiplərə əsaslanmamalıdır

21 oktyabr, 12:18

BMU ilə Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu əməkdaşlıq edəcək

21 oktyabr, 12:10

Tofiq Əhmədov: Təhsil liderləri yalnız nazirlik və institutlarda yetişdirilməli deyil

21 oktyabr, 12:05

Şehzad Civa: Azərbaycan təhsildə keyfiyyət artımı üzrə irəliləyib

21 oktyabr, 11:53

TKTA akkreditasiyaya cəlb edilən ekspertlərlə bağlı açıqlama verdi

21 oktyabr, 11:38

Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində uğurla çıxış ediblər

21 oktyabr, 11:36

Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib

21 oktyabr, 11:19

AzMİU-da italyan dili üzrə PLIDA sertifikasiya imtahanlarının rəsmi başlanğıcı elan olunub

21 oktyabr, 11:01

ADNSU-nun rektoru əcnəbi tələbələrlə görüşüb

21 oktyabr, 10:54

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib

21 oktyabr, 10:01

Elm və təhsil naziri ABŞ-də təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

21 oktyabr, 09:41

Şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir

21 oktyabr, 09:33

Emin Əmrullayev və Erol Özvar Türkiyə–Azərbaycan Universitetində tələbələrlə görüşüblər

21 oktyabr, 09:31

Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının növbəti iclası keçirilib

20 oktyabr, 18:34

NDU-da Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

20 oktyabr, 17:39

SOCAR ADNSU-da infosessiya keçirib

20 oktyabr, 17:20

Bakıda “Yaşıl təhsil” üzrə ilk regional seminar keçirilir

20 oktyabr, 17:15

ICESCO-nun sektor rəhbəri: Azərbaycandakı STEAM Mərkəzi heyrətamizdir 

20 oktyabr, 14:46

Heca qura bilmir, sözləri qarışdırır – Bu, məsuliyyətsizlik deyil, disleksiya ola bilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.