Bütün xəbərlər
20 may, 09:55

Ötən həftə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və ADPU-nun nümayəndə heyəti - Filologiya fakültəsinin dekanı, f.ü.f.d., dos. Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri, f.e.d., dos. Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova Özbəkistanda işgüzar səfərdə olublar. Səfərin əsas məqsədi Özbəkistan ali təhsil müəssisələri ilə imzalanmış müqavilələrin praktik mərhələsinə başlanılmasıdır.

Bu barədə “Azərbaycan müəllimi”nə ADPU-dan məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ürgənc Dövlət Pedaqoji Universiteti, Məmun Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin nümayəndələri ilə əməkdaşlıq görüşləri keçirilib. Həmçinin, Ürgənc Dövlət Pedaqoji Universiteti və Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin təşkil etdiyi konfranslarda ADPU-nu təmsil edən prof. Mahirə Hüseynova öz təcrübə və biliklərini iştirakçılarla bölüşüb.

Ümumilikdə, səfər ali təhsil sahəsində əməkdaşlığın inkişafı və qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsi istiqamətində mühüm addım olub, ADPU-nun beynəlxalq əlaqələrinin genişlənməsi və daha da dərinləşməsi üçün yeni imkanlar yaradılmaqdadır.

Eyni zamanda, səfər çərçivəsində prof. Mahirə Hüseynova Xarəzm Təkmilləşdirmə və Pedaqogika İnstitutu və Məharət Mərkəzinin fəxri professoru adına layiq görülüb. Fəxri professor diplomu mərkəzin direktoru, həmçinin Xarəzm vilayətinin deputatı Cəsurbəy Salayev, Özbəkistan Elmlər Akademiyası və Məmun Akademiyasının fəxri professoru İkram Abdullayev tərəfindən təqdim olunub.

Bu yüksək fəxri ad, prof. M.Hüseynovanın təhsil sahəsindəki uzunmüddətli və məhsuldar beynəlxalq əməkdaşlıq fəaliyyəti, eləcə də Xarəzm Vilayəti ilə təhsil sahəsində əməkdaşlığın inkişafına töhfələrinə görə verilib.

1 /5

Şərhlər

Xəbər lenti

8 iyun, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

8 iyun, 07:40

Qadınlar üçün təhsildə liderliyə gedən yol: Gender bərabərsizliyi üzrə statistik nəticələr

7 iyun, 07:06

ATİAHİ 1000 nəfər təhsil işçisini sevindirdi

7 iyun, 07:06

Güclü cəmiyyətin təməli - Əsl ailə necə olmalıdır?

6 iyun, 07:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 19:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 19:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 19:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 14:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 14:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 14:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 13:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 13:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 13:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 13:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 13:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 12:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 12:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 12:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 11:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.