Bütün xəbərlər
5 iyun, 23:21

Ukraynada yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko, liseyin bir qrup şagirdi və Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova  Naxçıvan Muxtar Respublikasına səfər ediblər.

Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasından məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra isə Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olublar. 

Qonaqlar səfər zamanı həmçinin Kəngərli rayonu Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəbdə də olublar. Məktəbdə alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər. 

Məktəbin müəllim kollektivi ilə görüşdə Valentina Antonenko bildirib ki, rəhbərlik etdiyi məktəb 20 ilə yaxındır ki, akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Zərifə xanımın adını daşıyır. Direktor vurğulayıb ki, məktəbdə 2500 şagird təhsil alır. Bir neçə ildir ki, liseydə Azərbaycan dilində də dərs keçirilməsinə başlanılıb.

Valentina Antonenko qeyd edib ki, İrpendə fəaliyyət göstərən lisey ölkə və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR Enerjy Ukrain tərəfindən qısa zamanda bərpa olunub. İrpenli qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseydən bəhs edən videoçarx nümayiş etdirilib.

1 /7

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.