Bütün xəbərlər
5 iyun, 17:30

2025-ci il 24-26 may tarixlərində Minsk şəhərində tərəfdaş ölkələrinin iştirakı ilə peşə təhsili sahəsinə həsr olunmuş genişmiqyaslı işgüzar proqram həyata keçirilib və tədbirdə Azərbaycan Respublikasını Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti təmsil edib.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, dördgünlük proqram çərçivəsində iştirakçıları Belarusda keçirilən “ProfSkills Belarus 2025” adlı VI Respublika peşə ustalığı müsabiqəsi çərçivəsində təşkil olunmuş kompetensiya yarışlarını izləyib, Minskin qabaqcıl təhsil müəssisələri, kompetensiya mərkəzləri və təhsil texnologiyaları sərgisi ilə tanış olublar.

Proqramın ikinci günü plenar iclas formatında təşkil olunan tədbirdə iştirakçı ölkələrin milli peşə təhsili sistemlərinin inkişaf istiqamətləri, birgə layihələrin həyata keçirilməsi imkanları, peşə təhsili sahəsində qarşılıqlı təcrübə mübadiləsi və sistemin davamlı inkişaf perspektivləri geniş müzakirə olunub.

Eyni zamanda, proqram çərçivəsində peşə təhsili müəssisələrində tədris prosesinin müasir çağırışlara uyğun təşkili, rəhbər və pedaqoji heyətin potensialının gücləndirilməsi ilə bağlı sessiyalar keçirilib.

Tərəfdaş ölkələrinin milli peşə təhsili müəssisələrini təmsil edən komandalar arasında 29 kompetensiya üzrə keçirilən "ProfSkills Belarus 2025" adlı VI Respublika peşə ustalığı müsabiqəsində  Azərbaycan Respublikası Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbələri tərəfindən təmsil olunub. Tələbələr “Restoran servisi”, “Qrafik dizayn” və “Mühəndis dizaynı (CAD)” ixtisasları üzrə yarışlarda iştirak edərək bilik və bacarıqlarını nümayiş etdiriblər.

Bildirilib ki, iki ölkə arasında imzalanmış Memoranduma əsasən, Belarusiya ilə avtomobil texnologiyaları, kənd təsərrüfatı və digər sahələr üzrə peşə emalatxanalarının yaradılması, idarəetmə heyəti və təhsilverənlər üçün təkmilləşdirmə və təcrübə proqramlarının təşkili, peşə bacarıqları üzrə yarışların keçirilməsi və beynəlxalq yarışlarda iştirak, təlim-tədris materiallarının hazırlanması, eləcə də beynəlxalq layihələrdə birgə əməkdaşlıq istiqamətində fəaliyyətlər həyata keçirilir.

1 /5

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.