Bütün xəbərlər
3 iyun, 15:49

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Məzun günü” münasibətilə tədbir təşkil olunub. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, məzunlar, tələbələr, valideynlər və qonaqlar iştirak ediblər. Qonaqlar arasında Regional İnkişaf İctimai Birliyinin (RİİB) Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova da yer alıb.

Filialın direktoru dosent Tünzalə Yusifova tədbirdə geniş çıxış edərək, məzunları və onların valideynlərini təbrik edib, onların gələcək həyat yollarında uğur qazanmalarını arzulayıb. Direktor qeyd edib ki, azad və suveren bir ölkədə böyüyən gənclik xoşbəxt və şanslıdır. Dövlətimizin təhsilə, eləcə də gənclərin intellektual, mənəvi və vətənpərvərlik ruhunda inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, bu gün ADPU-nun Şamaxı filialında vətənə bağlı, savadlı, məsuliyyətli və təşəbbüskar bir gənclik yetişir. Tünzalə Yusifova vurğulayıb ki, filial öz fəaliyyəti ilə regionda təhsilin inkişafına və kadr potensialının güclənməsinə mühüm töhfələr verir. Filialın məzunlarımız bu gün təkcə müəllim kimi deyil, eyni zamanda müxtəlif sahələrdə - dövlət və özəl qurumlarda, təhsil müəssisələrində, sosial layihələrdə və ictimai fəaliyyətlərdə uğurla fəaliyyət göstərirlər. Qeyd edilib ki, filaildan bu il 6 ixtisas üzrə ümumilikdə 138 nəfər məzun olur. Bu il Şamaxı filialı müəllimlik ixtisasları ilə yanaşı ilk dəfə Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri də məzun olurlar.

RİİB-in Dağlıq Şirvan Regional bölməsinin rəhbəri Nərgiz Qurbanova məzunları mühüm gün münasibətilə təbrik edib. N.Qurbanova qeyd edib ki, ADPU-nun Şamaxı filialında tələbələrin könüllülük fəaliyyətinə geniş imkanlar yaradılır və bu da onların müxtəlif təşkilatlarda, o cümlədən RİİB çərçivəsində çoxşaxəli sahələrdə uğurla fəaliyyət göstərməsinə şərait yaradır. 

Tədbirin davamında məzunlar da çıxış edərək təhsil aldıqları illərlə bağlı xatirə və təəssüratlarını bölüşüblər, filialın rəhbərliyinə, müəllimlərinə və valideynlərinə təşəkkürlərini bildirdiriblər. 

Təhsil aldıqları müddətdə təhsildə və ictimai-sosial fəallıqları ilə seçilən bir sıra məzuna filialın rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

1 /7

Şərhlər

Xəbər lenti

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

5 iyun, 09:59

ARTİ-nin şöbə müdiri Qazaxıstan Pedaqoji Elmlər Akademiyasının xarici üzvü seçilib

5 iyun, 09:51

Azərbaycan Milli Konservatoriyasında “Bülbülə ehtiramla” adlı tədbir keçirilib

5 iyun, 09:42

AƏSMA və TİF arasında əməkdaşlıq müqaviləsi imzalanıb

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

4 iyun, 16:23

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

4 iyun, 16:02

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

4 iyun, 16:00

Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.