Bütün xəbərlər
5 iyun, 14:47

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi və Qazax-Tovuz Regional Məşğulluq Filialının birgə təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tovuz rayon bölməsinin təşkilati dəstəyi ilə “Peşə təhsilinin inkişafında dövlət-özəl tərəfdaşlığının rolu” adlı birinci regional forum keçirilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd peşə təhsili müəssisələri ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, peşə təhsili məzunlarının əmək bazarına sürətli və uyğun şəkildə inteqrasiyası, sahibkarlıq subyektlərinin kadr ehtiyaclarının təhlili və qarşılanması, dövlətdən asılılığın azaldılması, eləcə də iqtisadiyyatın gücləndirilməsində mühüm rola malik olan özəl sektorun ixtisaslı kadrlarla təminatının artırılmasıdır.

Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Tovuz Gənclər Evi Sosial Xidmət müəssisəsinin nümayəndələri ilə yanaşı region üzrə fəaliyyət göstərən 40-a yaxın sahibkarlıq subyekti iştirak edib.

Forum çərçivəsində tərəflər arasında real əməkdaşlıq imkanları, peşə təhsili üzrə yeni təşəbbüslər, istehsalatın müasir çağırışlara uyğun şəkildə təşkili və insan kapitalının səmərəli formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb.Tədbirdə sahibkarları maraqlandıran suallara cavab verilib.

Sonda Peşə Təhsili Mərkəzinin tələbələrinin hazırladıqları əl işləri nümayiş etdirilib.

1 /8

Şərhlər

Xəbər lenti

6 iyul, 15:38

MDU nəticələri yüksək olan tələbələrə əlavə təqaüd verəcək

6 iyul, 15:34

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

6 iyul, 15:31

Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd ediləcək

6 iyul, 12:40

İtaliyalı rəssam SABAH tələbələrinə təlim keçib 

5 iyul, 22:23

İdman məktəblərində velosiped bölmələri yaradılır

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.