Bütün xəbərlər
5 iyun, 12:05

İsmayıllının yüksək intellektə malik məktəbliləri bu dəfə öz güclərini “Zəkaların mübarizəsi” intellektual olimpiadasında sınadılar. O səhnədə yalnız suallara cavab verən iştirakçılar yox, həm də gələcəyin alimləri, düşüncə adamları və vətənə fayda verəcək fədakar gənclər var idi. Onlar yalnız yarışmır, düşünür, öyrənir və bir ailə kimi bir-birlərinə dayaq olaraq irəliləyirdilər.

Olimpiadada “Bilik yarışı” kateqoriyası üzrə birinci yerin sahibi olan İsmayıllı rayonunun komandasının qalibiyyətinin arxasında günlərlə davam edən hazırlıq, güclü komanda işi və cəsarətli liderlik dayanırdı. 

“Azərbaycan müəllimi” yarışdan sonra qalib komandanın üzvləri ilə görüşüb.

Fikir ayrılıqları oldu, amma…

Komandanın kapitanı, İsmayıllı şəhəri 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Leyla Ağayeva uğurlarının təsadüf olmadığını düşünür. Qeyd edir ki, bu nəticəyə gəlmək üçün müəllimlərin dəstəyi ilə davamlı məşqlər keçib, müxtəlif kateqoriyalar üzrə suallar hazırlayaraq birlikdə müzakirələr aparıblar.

Leylanın sözlərinə görə, olimpiada onun 11 illik təhsil həyatının ən yaddaqalan və dəyərli təcrübələrindən biridir. Yarışın təşkili, ab-havası və mədəni səfərlərlə zəngin proqramı iştirakçılara yalnız bilik yox, həm də unudulmaz xatirələr bəxş edib. Xüsusilə Heydər Əliyev Mərkəzinə səfər və yarış zamanı yüksək motivasiya onun diqqətini çəkib.

Yarış boyu heç bir sualda çətinlik çəkmədiklərini bildirən Leyla olimpiadanın riyaziyyat suallarının cavablandırıldığı mərhələsini həm düşündürücü, həm də coşqu yaradan hissə kimi qiymətləndirir. Mədəniyyət və incəsənət kateqoriyası isə onların ən çox sevdiyi və düzgün cavabladığı bölmə olub.

Leylnın fikrincə, komandanın uğurunun sirri düzgün idarəçilik və qarşılıqlı hörmət idi: “Hər sual verilərkən komanda üzvləri müxtəlif fikirlər səsləndirirdi. Mənim vəzifəm bütün fikirləri dinləmək, təhlil etmək və son qərarı verərək vaxtında onu cavab kartına yazmaq idi”.

Onun sözlərinə görə, cavabların doğru və ya yanlış olmasından asılı olmayaraq, komanda ruhunu qorumaq, hər kəsin fikrini nəzərə almaq əsas prioritet olub.

Zaman-zaman fikir ayrılıqları yaşanıb, lakin Leyla üzvləri sakitcə düşünməyə təşviq edərək ən uyğun cavabı seçməyə çalışıb.

Bu yarış Leylanın təkcə akademik deyil, həm də şəxsi inkişafına böyük təsir göstərib. O düşünür ki, uğur əldə etmək üçün həm liderlik bacarıqları, həm də əsaslı biliklər vacibdir. Bu olimpiada ona diqqətli olmağı, komanda birliyini qorumağı və hər kəsin fikrini dəyərləndirməyi öyrədib.

“Heç kim səhv cavab verəndə ruhdan düşmürdü”

İsmayıllı rayonunun gənc və istedadlı şagirdi, Qalacıq kənd tam orta məktəbinin X sinif şagirdi Fidan Qardaşova olimpiadada parlaq performansı ilə seçildi. O, uğurun arxasında səmimi əməkdaşlıq və qarşılıqlı güvənin dayandığını vurğulayır.

Fidan bildirir ki, komanda üzvləri fərqli sahələrdə bilikli olsalar da, suallara birlikdə yanaşır, müzakirələr aparırdılar: “Bu birlik və həmrəylik uğurun əsas açarı idi. Heç kim səhv cavab verəndə ruhdan düşmürdü, əksinə, komanda ruhu daha da yüksəlirdi”.

Fidan komanda yoldaşları ilə əvvəldən tanış idi və bir çoxu müxtəlif olimpiadalarda iştirak etmişdi. Yarışdan əvvəl əlaqə saxlayıb suallar üzərində fikir mübadiləsi aparır, bir-birlərini ruhlandırırdılar. 

“Biz bir komanda idik, amma həm də bir-birimizin güc mənbəyi idik”,-  deyə o vurğulayır.

Bu yarış onun üçün yeni bir dönüş nöqtəsi oldu. Fidan artıq intellektual yarışlara daha çox maraq göstərir və gələcəkdə cəmiyyət üçün faydalı, öz ayaqları üstündə dayanan şəxs olmaq istəyir.

Uşaq yaşlarından hüquq sahəsinə maraq göstərən Fidan ali təhsilini Dövlət İdarəçilik Akademiyasında və ya Xəzər Universitetində almağı, magistratura təhsili üçün isə xaricə getməyi planlaşdırır.

Valideynlərinin və müəllimlərinin dəstəyi onun əsas ilham mənbəyidir. Fidan yalnız yarış qalibi deyil, qarşıya qoyduğu məqsədlərlə irəliləyən yeniyetmə, gələcəyin parlaq simalarından biridir.

“Bakı şəhəri” sözünü deyəndə komanda üzvləri ümidsizləşdi, amma sonra …

İsmayıllı şəhəri 5 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüsal Abdullayev “Zəkaların mübarizəsi” olimpiadasında qazandıqları böyük qələbəni həyatının ən dəyərli anlarından biri kimi xatırlayır. O bildirir ki, yarış yalnız fərdi iştirak deyil, bir bölgənin və icmanın təmsil olunması idi. Qələbə aylarla davam edən zəhmətin və komanda ruhunun bəhrəsidir.

Yarış nəticələrinin elan olunma anı Vüsalın yaddaşında dramatik səhnə kimi qalıb. ARTİ-nin direktor müavini “Bakı şəhəri” sözünü deyəndə komanda üzvləri ümidsizləşsə də, ardınca “Desəm, düz olmayacaq” ifadəsi gəldikdə içlərində işıq doğdu və açıqlandı ki, qalib İsmayıllı komandasıdır. Bu an hər kəs üçün qürur və sevinc anı oldu.

Komanda rayonda ən seçilmiş şagirdlərdən ibarət idi. Onların qələbəsinin sirri fərdi bilikdən çox, birlik, əməkdaşlıq və qarşılıqlı güvəndə idi. Heç kim “mən daha yaxşıyam” fikrinə qapılmamış, hamı eyni məqsəd uğrunda çalışmışdı.

Yarışdan sonra Vüsalın gələcək planları daha da aydınlaşdı. O düşünür ki, belə yarışlar ölkənin istedadlı gənclərini üzə çıxarır və gələcəkdə onların inkişafına təsir edir.

“Bu təcrübə bizə arzularımızdan vaz keçməməyi öyrətdi”

İsmayıllı şəhəri A.Aslanov adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əli Umudov yarışın fəal üzvlərindən biri idi. O, bu yarışın yalnız intellektual deyil, həm də sosial və mənəvi inkişaf baxımından əhəmiyyətini vurğulayır.

Əli hesab edir ki, belə yarışlar şagirdlər üçün özünüifadə bacarıqlarını nümayiş etdirmə imkanıdır. 

Əli deyir ki, komandanın uğuru müəllimlərin səyləri və valideynlərin dəstəyi olmadan mümkün olmazdı. Onlar daim ruhlandırır, həvəs verir, hər mərhələdə yanlarında olurdular.

Qalib komandanın üzvlərindən biri İsmayıllı şəhəri E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Faiq Əliyev yaşadığı bu anları xatırlayaraq deyir ki, yarışdan əvvəl birinci yeri tutacaqlarına tam əmin olmasalar da, hər biri ayrı-ayrılıqda yüksək nəticə gözləyirdi.

Onun fikrincə, uğurlu komandanın əsas sirri yalnız biliklə kifayətlənməməkdədir. Qarşılıqlı hörmət, düzgün ünsiyyət və əməkdaşlıq da bilik qədər vacibdir.

 “Bu mənim respublika səviyyəsində iştirak etdiyim ilk komanda yarışı idi. Yarış mənə komanda şəklində işləməyin nə qədər önəmli olduğunu öyrətdi. Bu təcrübə bizə arzularımızdan vaz keçməməyi öyrətdi, həm də içimizdəki potensialı kəşf etdik”.

Komandanın üzvlərindən olan Fuad Mustafayev isə İsmayıllı şəhəri İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Bu yarışda iştirak etmək və uğur qazanmaq onun üçün sadəcə bir nailiyyət deyil, həm də gələcək həyatına yön verəcək mühüm bir təcrübədir. 

"Məktəbimi  və doğma İsmayıllı şəhərini belə mötəbər bir yarışda təmsil etmək mənim üçün qürurverici idi”,- deyən Fuadın tarix, coğrafiya və riyaziyyata xüsusi marağı var. Bu istedad gələcəkdə hüquq təhsili almağı planlaşdırır.

İsmayıllı rayonunun bu gənc zəka sahibləri yalnız bir olimpiadanın qalibləri deyillər, onlar həm də Azərbaycanın gələcəyinə ümid verən, liderlik nümunəsi göstərən simalardır. Onların hekayəsi bütün məktəblilərə ilham verir: məqsəd varsa, zəhmət yetərlidir, birlik varsa, uğur qaçılmazdır.

Şərhlər

Xəbər lenti

6 iyun, 11:06

Yüzlərlə uğur bir ünvanda: Sumqayıtın 27 nömrəli məktəbindən REPORTAJ    

5 iyun, 23:21

Ukraynalı şagird və müəllimlər Naxçıvana səfərə gəliblər

5 iyun, 23:14

“UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” uğurla başa çatıb

5 iyun, 23:01

ADNSU Əl-Məktum Ali Təhsil Kolleci ilə əməkdaşlıq edəcək

5 iyun, 18:53

3 nəfərin imtahan nəticəsi ləğv olunub

5 iyun, 18:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

5 iyun, 18:43

Buraxılış imtahanının nəticələri elan olunub 

5 iyun, 17:40

Qarabağ Universitetində maarifləndirmə aksiyası keçirilib

5 iyun, 17:32

Ayla Həsənova: Uşaqlar tək deyil, onları sevən müəllimlər, dövlət və cəmiyyət var

5 iyun, 17:30

Peşə təhsilində beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi gücləndirilir

5 iyun, 17:14

Yerli universitetlərə köçürülmək istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 17:13

İmtahan zalının sükutu: “BilBacar” finalçılarının gərgin mübarizəsi

5 iyun, 16:47

Lütfi Zadə olimpiadasının final mərhələsinin nəticələri elan edilib

5 iyun, 16:36

Dünya çempionluğunda payı olan paytaxt müəllimi – VİDEO

5 iyun, 16:10

RFO qaliblərinin mükafatlandırılma mərasiminin tarixi dəyişdirilib

5 iyun, 15:46

“BilBacar" müsabiqəsinin final mərhələsi başa çatıb

5 iyun, 15:25

Bəhruz Əzimov: Hər gün 100-ə yaxın tələbə kredit üçün müraciət edir – MÜSAHİBƏ

5 iyun, 15:11

Ölkədə süni intellekt sahəsində yeni dövlət standartları qəbul edilib

5 iyun, 14:47

Tovuzda peşə təhsili ilə bağlı birinci regional forum keçirilib

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.