Bütün xəbərlər
4 iyun, 10:37

Mingəçevir Dövlət Universitetində (MDU) 2024-2025-ci tədris ilinin yaz semestrində ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir. Bu təşəbbüs yalnız biliyin yoxlanılması ilə məhdudlaşmır, eyni zamanda, tələbəyönümlü, şəffaf və məsuliyyətli təhsil mühitinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Mərkəzi Aran bölgəsində yerləşən universitet üçün bu yanaşma onu regionun və ölkənin qabaqcıl ali təhsil müəssisələrindən birinə çevirmək yolunda mühüm addımdır.

“Müəllimlər anonim şəkildə qiymətləndirmə aparır”

Yaz imtahan sessiyası 2 iyun – 4 iyul tarixlərini əhatə edir. Bu müddətdə bakalavriat səviyyəsində əyani formada 3174 tələbə ümumilikdə 801 imtahan, magistratura səviyyəsində isə 174 magistr 112 fəndən imtahan verəcək. Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada və ciddi nəzarət çərçivəsində təşkil olunub.

İmtahan bölməsinin rəhbəri İzani Sarıyev bildirir:
"Əsas məqsədimiz tələbələrin biliyinin obyektiv qiymətləndirilməsini təmin etmək və hər hansı neqativ halların qarşısını almaqdır. Tələbələr imtahan zalına yalnız şəxsi əşyalarını təhvil verdikdən sonra buraxılır. Yazılı imtahanlar bilet əsasında keçirilir, cavablar kodlaşdırılır, müəllimlər isə anonim şəkildə qiymətləndirmə aparır. Sonda kodlar açıldıqdan sonra nəticələr elan olunur."

Yazılı imtahanlar 2 saat, qrafik əsaslı fənlər üzrə isə 3 saat davam edir. İyun ayının 11-nə qədər yazılı, iyulun 4-nə qədər isə şifahi və test imtahanları həyata keçiriləcək.

“Bu, tələbələrə obyektiv qiymətləndirmə və hüquqlarını qoruma imkanı yaradır” 

Universitetin Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov imtahan prosesinə tətbiq edilən texnoloji nəzarət mexanizmlərindən bəhs edib:

"İmtahanların bütün mərhələləri həm canlı, həm də proqram vasitəsilə qeydə alınır. Kamera sistemləri ilə görüntü və səs eyni vaxtda izlənilir. Əgər tələbə apellyasiya müraciəti edərsə, həmin görüntülər əsasında dəqiq təhlil aparılır və nəticəyə uyğun qərar qəbul olunur. Bu, tələbələrə obyektiv qiymətləndirmə və hüquqlarını qoruma imkanı yaradır. Hələlik apelyasiya müraciəti qeydə alınmayıb ki, bu da sistemin effektivliyini göstərir."

“İmtahanda həyəcanım olsa da, obyektivlik və qaydalar məni sakitləşdirdi”

Bir çox tələbələr ilk dəfə tətbiq olunan bu model haqqında öz təəssüratlarını bölüşüb.

Təhsil fakültəsinin (DƏ24) tələbəsi Qurban Hacıyev deyir:
"İmtahanda həyəcanım olsa da, obyektivlik və qaydalar məni sakitləşdirdi. Bu sistemlə verilən imtahanda özümü daha güvənli hiss etdim".

Bu fakültənin digər tələbəsi Sübhanə Abışova isə qeyd edir:
"Texnologiyaya əsaslanan bu model bizi həm də gələcəyin ali təhsil mühitinə hazırlayır. Düzgünlük və şəffaflıq bizi motivasiya edir."

Təhsil fakültəsinin tələbəsi olan Leyla Həsənzadə əlavə edir ki, bu prosesin mərkəzində tələbənin hüquqları və potensialı dayanır. Belə yeniliklər onları daha məsuliyyətli edir.

İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Hüseyn Məmmədli vurğulayır:
"İmtahanlar sadəcə yoxlama deyil, həm də məsuliyyətdir. Universitetdə baş verən yeniliklər bizi daim özümüzü inkişaf etdirməyə təşviq edir".

“Fərqlənən tələbələrə əlavə təqaüdlərin verilməsi nəzərdə tutulur”

Universitetin rektoru Anar Eminovun sözlərinə görə, mərkəzləşdirilmiş imtahan modeli sadəcə texniki yenilik deyil, həm də strateji yanaşmadır: “Məqsədimiz universitetdə təhsil keyfiyyətini artırmaq, tələbəyönümlü sistem yaratmaq və şəffaflığı təmin etməkdir. İmtahan zamanı hər hansı çətinlik yaranarsa, tələbələr İmtahan Qərargahına, Apellyasiya Komissiyasına və “Qaynar xətt”ə müraciət edə bilərlər. Qəbul otağımız daim açıqdır".

Rektor əlavə edib ki, sessiya dövründə fərqlənən tələbələrə əlavə təqaüdlərin verilməsi nəzərdə tutulur. Anar Eminov bu qərarın tələbələrin uğurlarının qiymətləndirilməsi və stimullaşdırılması baxımından önəmli olduğunu vurğulayıb. Onun fikrincə, MDU-da tətbiq olunan bu yanaşma universitetin elm və təhsilin vəhdətinə, rəqəmsal transformasiya və davamlı inkişafa verdiyi önəmin göstəricisidir.

Beynəlxalq standartlara uyğunlaşma səyi 

Mingəçevir Dövlət Universitetinin həyata keçirdiyi yeni qiymətləndirmə mexanizmi təkcə bir proses deyil, bütöv bir təhsil fəlsəfəsinin göstəricisidir. Texnologiyanın tədrisə inteqrasiyası, şəffaf və ədalətli qiymətləndirmə mühiti, tələbə hüquqlarının təmin olunması və məsuliyyətli idarəetmə modeli — bunların hamısı MDU-nun ali təhsil sistemində strateji yüksəlişinin nümunəsidir.

Bu təşəbbüs göstərir ki, regionda yerləşən universitetlər də milli və beynəlxalq standartlara uyğunlaşa, innovativ idarəetmə yanaşmaları ilə strateji inkişaf modelini formalaşdıra bilərlər. 

 

1 /7

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.