Bütün xəbərlər
15 avqust, 13:19

Müasir təhsil mühitində süni intellekt (AI) və maşın öyrənməsi əsaslı texnologiyaların tətbiqi sürətlə genişlənir. 

Son illərdə təbii dil emalı (NLP) texnologiyaları, xüsusilə də BERT (Bidirectional Encoder Representations from Transformers) və LSTM (Long Short-Term Memory) modelləri xarici dil öyrədilməsində mühüm yeniliklər gətirir.

İngilis dili tədrisində süni intellektin tətbiqi istiqamətində aparılan son araşdırma BERT və LSTM modellərinin birləşməsinin yüksək səmərəliliyini ortaya qoyub. Python proqram təminatı əsasında hazırlanmış vahid platforma tələbə tapşırıqlarını iki mərhələdə emal edir: əvvəlcə BERT modeli mətnin qrammatikasını yoxlayır, daha sonra LSTM modeli esse keyfiyyətini qiymətləndirir.

Tədqiqat nəticələrinə görə, BERT modeli qrammatik səhvlərin aşkarlanmasında 94% dəqiqlik, 92% həssaslıq və ümumilikdə 94% F1 göstəricisinə nail olub. LSTM modeli isə esse qiymətləndirməsində 95% dəqiqlik və 0.09 orta kvadratik xəta (MSE) ilə yüksək nəticə göstərib. Ənənəvi qiymətləndirmə üsulları ilə müqayisədə bu göstəricilər sürət, ardıcıllıq və dəqiqlik baxımından ciddi üstünlüklər təqdim edir.

Platformada tələbə portalı tələbələrə tapşırıqları yükləmək, dərhal qrammatika və esse rəyini almaq, fərdiləşdirilmiş tədris materiallarına çıxış imkanı verir. Müəllim paneli isə tapşırıqları yükləmək, tələbə irəliləyişini izləmək və detallı hesabatlar əldə etmək üçün nəzərdə tutulub. Qiymətləndirmə prosesi qrammatika, mətnin əlaqəliliyi, lüğət ehtiyatı, struktur və mövzu uyğunluğu üzrə beş ballıq Likert şkalasına - iştirakçıların baxışlarını ölçən qapalı psixometrik sorğuya əsaslanır.

Sistem dizaynında məlumat axınının ardıcıllığı, formatların standartlaşdırılması, gecikmənin minimuma endirilməsi və səhv emal mexanizmlərinin gücləndirilməsi kimi texniki həllər tətbiq olunub. 

Araşdırma müəllifləri hesab edirlər ki, BERT-LSTM əsaslı platforma tələbələrə dərhal və fərdiləşdirilmiş rəy təqdim etməklə onların dərs nailiyyətlərini yüksəldə bilər. Gələcəkdə bu texnologiyanın tətbiq sahəsini yalnız qrammatika və esse yoxlaması ilə məhdudlaşdırmayaraq lüğət öyrənilməsi, oxu-anlama bacarıqları və multimodal tapşırıqlar (audio və video esse) kimi istiqamətlər üzrə genişləndirmək planlaşdırılır. Bu isə fərdi ehtiyaclara uyğunlaşdırılmış dinamik öyrənmə mühitlərinin yaradılmasına şərait yaradacaq.

Alidə Məmmədova,

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı

 

Şərhlər

Xəbər lenti

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

14 oktyabr, 15:53

UNEC-də “Stresin və emosional zəkanın idarə olunması” mövzusunda təlim keçirilib

14 oktyabr, 15:50

ADNSU əməkdaşları sənaye təcrübə proqramında iştirak ediblər

14 oktyabr, 15:35

62 min əlilliyi olan uşağın cəmi 13 mini təhsil alır, bəs qalanlar haradadır?

14 oktyabr, 15:32

2027–2030-cu illər üzrə elm və təhsil hədəfləri müzakirə edilib

14 oktyabr, 13:46

Hüseyn Hüseynov: Keyfiyyətli təhsilə əlçatanlığın artırılması istiqamətində fəaliyyətlər genişləndirilməlidir

14 oktyabr, 13:36

Tələbə Futzal Liqasında 2025/2026 mövsümünün oyun cədvəli açıqlanıb

14 oktyabr, 13:12

Yeni peşə təhsili müəssisələri tikiləcək

14 oktyabr, 13:08

Dövlət bir təhsilalana nə qədər pul xərcləyir? - Bağça xərcləri öndə

14 oktyabr, 13:01

Azərbaycan TALIS 2024 tədqiqatında yüksək nəticələr göstərib – HESABAT

14 oktyabr, 12:37

MDU Ege Universiteti ilə ortaq magistratura proqramları hazırlayacaq

14 oktyabr, 12:28

Təhsil krediti alanların yarıdan çoxu qadındır

14 oktyabr, 12:03

Sadiq Əliyev: Rəqabətqabiliyyətli olmaq üçün bilik və bacarıqlar daim yenilənməlidir

14 oktyabr, 11:51

Bahar Muradova: Müharibədən zərər çəkmiş ərazilərdə təhsil sahəsi diqqətdə saxlanılır

14 oktyabr, 11:48

İşğaldan azad edilmiş ərazilərdə 300-dən çox şəxs peşə hazırlığına cəlb olunub

14 oktyabr, 11:38

Ülkər Səttarova: Azərbaycan universitetlərinin qlobal reytinqlərdəki yeri yüksəlir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.