.jpeg)
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən ata və qızı yüksək nəticə əldə edib.
“Azərbaycan müəllimi” xəbər verir ki, fizika fənnini tədris edən Siyasət İsayev imtahandan 57 bal toplayıb.
O, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində çalışır.
S. İsayevin övladı Ulduzə İsayeva da fizika fənni üzrə 55 bal toplayıb. U.İsayeva Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır.
Qeyd edək ki, hər iki şəxs Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış mərkəzdə imtahan veriblər.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər