Bütün xəbərlər
9 iyul, 09:39

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ilinin yaz semestri üzrə imtahan sessiyası çərçivəsində tələbələrin nəticələrlə bağlı narazılıqlarının araşdırılması məqsədilə yaradılmış Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb.

AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, universitetdə apellyasiya prosesi müntəzəm və sistemli şəkildə təşkil olunub. Xüsusilə yazılı imtahanların nəticələrinə dair apellyasiya iclasları hər iki həftədən bir şənbə günləri keçirilib. Tələbələr qiymətlərlə bağlı narazılıqlarını onlayn formada Apellyasiya Komissiyasına təqdim edib və müraciətlər daxil olduqdan sonra bir həftə ərzində tələbələr universitetə dəvət olunub.

Apellyasiya iclasları zamanı tələbələr imtahan işini yoxlayan müəllimlə birbaşa diskussiya aparmaq imkanı əldə ediblər. Müəllim verdiyi qiyməti əsaslandırıb, tələbə isə cavablarını izah edərək daha yüksək bal almağa çalışıb. Arqumentləri əsaslı hesab olunan tələbələrin  yazılı işləri yenidən qiymətləndirilib və balları artırılıb.

Apellyasiya prosesində tədris işləri üzrə prorektor, Apellyasiya Komissiyasının sədri, Tədris şöbəsinin müdiri, Şifrə komissiyasının üzvləri və müvafiq fakültələrin dekan müavinləri iştirak edib. Komissiyanın fəaliyyəti şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanıb.

Cari semestrdə yazılı imtahanlarla bağlı ümumilikdə 500-ə yaxın, test imtahanları üzrə isə 380 apellyasiya müraciətinə baxılıb. Bu göstəricilər AzMİU-da apellyasiya mexanizminin səmərəli fəaliyyət göstərdiyini və tələbə məmnuniyyətinin təmin olunmasına önəm verildiyini sübut edib.

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.