Bütün xəbərlər
10 iyun, 10:08

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 18 may–18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili görüşün əhəmiyyəti və məqsədi barədə məlumat verib. Bildirib ki, insan hüquq və azadlıqlarının tələbələr tərəfindən dərindən mənimsənilməsi, onların hüquqi maarifləndirilməsi universitetin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə AzMİU-da mütəmadi olaraq seminarlar və görüşlər təşkil edilir. Eyni zamanda tələbə təşkilatları vasitəsilə onların hüquqlarının qorunmasına və müdafiəsinə ciddi diqqət yetirilir.

Görüşün qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Nurlan Səfərov "İnsan hüquqları və əsas azadlıqlar" mövzusunda geniş təqdimatla çıxış edib. O, insan hüquqlarının yaranma tarixi, beynəlxalq hüquqi sənədlər və dövlətin bu sahədə həyata keçirdiyi siyasət haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, hər bir vətəndaşın layiqli həyat yaşamaq hüququ, azadlıq və toxunulmazlıq hüququ, söz və fikir azadlığı kimi təməl hüquqları dövlət tərəfindən təmin olunur.

Nurlan Səfərov xüsusilə tələbələr üçün mühüm olan təhsil hüququna toxunaraq söyləyib ki, bu hüququn təmin olunması gənclərin gələcəkdə cəmiyyətin fəal və hüquqi cəhətdən savadlı üzvləri kimi formalaşmasında mühüm rol oynayır. O, həmçinin insan hüquqlarının müdafiəsi və təbliği sahəsində görülən işlər, bu sahədə beynəlxalq əməkdaşlıq və hüquqi mexanizmlər barədə də ətraflı danışıb.

Görüş çərçivəsində hüquqşünas tələbə gənclərə öz hüquqlarını öyrənməyi, insan hüquqları ilə bağlı fundamental elmi ədəbiyyatlara müraciət etməyi, bədii əsərləri oxumağı və maarifləndirici filmlərə baxmağı tövsiyə edib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Görüş tələbələr üçün həm maarifləndirici, həm də hüquqi baxımdan məlumatlandırıcı olub.

1 /4

Şərhlər

Xəbər lenti

10 iyun, 18:20

STEAM'ool olimpiadasında 2400-dən çox şagird iştirak edir

10 iyun, 18:12

MDU-nun rektoruna yeni müşavir təyin olunub

10 iyun, 18:02

11 may tarixində keçirilmiş imtahanların nəticələri elan olunub

10 iyun, 17:25

Əsas məsələ yıxıldıqdan sonra qalxmaq, irəli getməkdə israrlı olmaqdır – Sakit Məmmədov

10 iyun, 16:55

Sakit Məmmədov: Rəsm dərslərinin formatı dəyişməlidir

10 iyun, 16:42

Kəmalə Aşumova: Uşaqlar təhsil mühitində daha aktiv iştirakçıya çevrilirlər

10 iyun, 16:36

Azərbaycanda beynəlxalq bazalarda indekslənən 25 elmi jurnal var

10 iyun, 16:27

RFO qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

10 iyun, 16:20

“Rəqəmsal bacarıqlar” təmayüllü 10-cu siniflərə qəbul üçün onlayn imtahan keçirilib

10 iyun, 16:08

Avstriyada məktəbdə atışma olub, 11 nəfər ölüb

10 iyun, 15:50

ADNSU Albaniyanın ali məktəbləri ilə əməkdaşlıq edəcək

10 iyun, 15:29

LDU və Rumıniyanın Qalati Universiteti arasında əməkdaşlıq görüşü keçirilib

10 iyun, 15:20

Təhsil təbiətin tərəfindədir

10 iyun, 15:12

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib

10 iyun, 15:05

Təhsilini kredit hesabına bitirdi, indi məhkəmədə çalışır

10 iyun, 15:02

SDU-da Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

10 iyun, 15:00

Naxçıvan məktəblisi Bebras müsabiqəsində 2-ci yeri tutub

10 iyun, 14:28

388 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb

10 iyun, 14:28

Övladları məktəbəhazırlıq qruplarının rus bölmələrində oxuyanların NƏZƏRİNƏ!

10 iyun, 14:08

Yanıma bir uşaq gətirmişdilər, heç mənim o qədər mükafatım yox idi... – Xalq rəssamı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.