Bütün xəbərlər
10 iyun, 15:02

Sumqayıt Dövlət Universitetində (SDU) Karyera və məzunlarla iş mərkəzinin təşəbbüsü ilə Məzun Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüşdə Məzun Assosiasiyasının sədri Həmid Ağahüseynov, üzvlər Xalid Əsədov, Vüsət Cəfərov, Mobil Kazımov və Ramil Bayramov iştirak ediblər. Tədbirdə SDU-nun rektoru professor Əminağa Sadıqov iştirakçıları səmimiyyətlə salamlayaraq, məzunların ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında fəal iştirakını yüksək qiymətləndirib. O bildirib ki, bu uğurlar universitet üçün qürurverici göstəricidir.

Rektor vurğulayıb ki, məzunların bir araya gələrək Assosiasiya çərçivəsində birlikdə fəaliyyət göstərməsi universitetin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məzunlarla davamlı və məqsədyönlü əlaqələrin qurulması müasir ali təhsil müəssisələrinin əsas strateji hədəflərindən birinə çevrilib. Görüşdə çıxış edən məzunlar universitetə bağlılıqlarını ifadə edib, Məzun Assosiasiyasının əhəmiyyətini vurğulayıblar. Onlar bu qurumun SDU ilə məzunlar arasında körpü rolu oynadığını qeyd edərək, universitetin elmi, tədris və ictimai həyatına dəstək verməyə hər zaman hazır olduqlarını bildiriblər. Görüş səmimi və işgüzar mühitdə keçib. Tərəflər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində bir sıra təklif və təşəbbüslər irəli sürülüb.

1 /6

Şərhlər

Xəbər lenti

11 iyun, 17:22

Agentlik: 108 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb

11 iyun, 16:06

Ötən əsrin üç jurnalı transliterasiya olundu

11 iyun, 16:02

Qəbul imtahanında maksimum nəticə göstərən Çiçək: Hədəfim hüquqşünas olmaqdır

11 iyun, 15:53

Regional idarə yol qəzasında dünyasını dəyişən müəllimin ailəsinə başsağlığı verib

11 iyun, 15:42

Tam təqaüdlə doktoranturaya qəbul oldu

11 iyun, 15:42

Fariz İsmayılzadə: "Bağçaların sayını artırmaq üçün tikinti standartlarına yenidən baxmalıyıq"

11 iyun, 15:36

Xaçmaz məktəbində siniflərdən birinin döşəməsində çökmə qeydə alınıb

11 iyun, 15:32

Deputat: Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdır

11 iyun, 15:30

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

11 iyun, 15:28

Emin Əmrullayev 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib

11 iyun, 15:25

MDU-da ilk: Sənaye nümayəndələri dissertasiya müdafiəsində 

11 iyun, 14:57

Rektor: Bu il NDU-nun 75 ixtisas üzrə 1600 məzunu olacaq

11 iyun, 14:50

Dərsliklərdə yeniliklər olacaq? – RƏSMİ AÇIQLAMA

11 iyun, 14:44

Dəmir yolu nəqliyyatı texnologiyası üzrə milli yarışa qeydiyyat elan olunur

11 iyun, 14:41

Naxçıvanda "Karyera sərgisi 2" keçirilir

11 iyun, 14:34

Növbəti tədris ili üçün neçə dərslik çap olunacaq? – AÇIQLAMA

11 iyun, 14:25

Bakıda keçiriləcək beynəlxalq sammitdə 50-dən çox spiker çıxış edəcək

11 iyun, 14:22

II və III ixtisas qrupları üzrə imtahanda 13 nəfərin nəticəsi ləğv edilib

11 iyun, 14:17

II və III qruplar üzrə ilk cəhddə ən yüksək nəticəni onlar topladı

11 iyun, 14:15

Qəbul imtahanlarının nəticələri elan olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.