Bütün xəbərlər
19 iyun, 17:29

19 iyun 2025-ci il tarixində SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə təşkil olunan “Baku ID” innovasiya festivalı keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Jolly Joker Baku və Daş Salnamə Muzeyində baş tutan builki tədbir “The Regional Nexus” mövzusu ətrafında təşkil olunur.

Bu mövzu Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika regionları arasında innovativ və texnoloji əməkdaşlığın inkişafına fokuslanır.

“Baku ID 2025” festivalının rəsmi açılışı SABAH.HUB-ın baş icraçı direktoru Rəhim Bayramlının çıxışı ilə baş tutub. Ardınca çıxış edən idarə heyətinin üzvü Fərhad Paşayev tədbirin ölkənin innovasiya gündəmində daşıdığı əhəmiyyətini vurğulayıb.

Rəhim Bayramlı açılış çıxışında Azərbaycanın innovasiya gündəliyində yeni bir mərhələyə keçdiyini bildirərək SABAH.city layihəsinin inşasına artıq başlanıldığını və bu müasir mərkəzin “Baku ID 2026” tədbirinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb.

Qeyd olunub ki, bu addım regionun texnoloji inkişafını sürətləndirərək və Azərbaycanı daha da güclü innovasiya mərkəzinə çevirəcək.

Festivalda bu il də ənənəyə sadiq qalaraq aparıcı dövlət qurumlarının nümayəndələri və nüfuzlu təşkilatların təmsilçiləri iştirak edir.

Süni intellekt, yeni bacarıqlar və gələcəyin işçi qüvvəsinin formalaşdırılması ilə bağlı çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov 4SİM-in fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, qurum tərəfindən həyata keçirilən layihələr gənclər üçün beynəlxalq forumlarda ən son trendləri və innovasiyaları öyrənmək imkanı yaradır.

Eyni zamanda, 4SİM Dünya İqtisadi Forumunun qlobal 4Sİ şəbəkəsinin bir hissəsi olaraq, gələcəyin texnologiyalarını və ictimai siyasətini formalaşdırmağa həsr olunmuş 22 mərkəzdən biridir.

4SİM insan kapitalının inkişafını dəstəkləyən təşəbbüslər irəli sürür və texnoloji biliklərin artırılması, təqdimat hazırlığı kimi sahələrdə təlimlər təşkil edərək gənc mütəxəssislərin yetişdirilməsinə dəstək verir.

“Baku ID” festivalında investorlar, startaplar və qonaqları yeni tərəfdaşlıqlar üçün geniş imkanlar, dinamik şəbəkələşmə mühiti və real əməkdaşlıqların qurulduğu məhsuldar görüşlər gözləyir.

Tədbirdə 32-dən artıq yerli və xarici investor, 75-dən artıq yerli və beynəlxalq startap, 4000-dən artıq iştirakçı və 21-dən artıq tərəfdaş yer alır.

“Baku ID” festivalının ən diqqətçəkən hissələrindən biri startap müsabiqələridir. Bu müsabiqələr, regionun ən perspektivli və yenilikçi layihələrini ortaya qoymaqla yanaşı, gənc sahibkarlar üçün qlobal investorlarla əlaqə qurmaq və öz ideyalarını reallaşdırmaq üçün mühüm imkanlar yaradır. 

Tədbir həmçinin istedadlı tələbələr üçün də əhəmiyyətli imkanlar yaradır.

“University Demo Day” çərçivəsində onlar innovativ layihələrini təqdim edərək investorlarla tanış olmaq imkanı, eyni zamanda ABB Tech Academy tərəfindən təqdim olunan təqaüdləri qazanmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, “Baku ID 2025” tədbiri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding” və 4SİM kimi aparıcı qurumların tərəfdaşlığı ilə keçirilir. Bu dəstək sayəsində “Baku ID” artıq yalnız regional deyil, habelə beynəlxalq miqyasda tanınan innovasiya arenasına çevrilməkdədir.

1 /4

Şərhlər

Xəbər lenti

18 sentyabr, 11:51

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

17 sentyabr, 16:14

Əzm, inam, iradə – Uşaq evində böyüyən Ayşənin uğur yolu

17 sentyabr, 15:53

MDU-nun 4 proqramı beynəlxalq standartlar üzrə qiymətləndiriləcək

17 sentyabr, 15:51

İngiltərədə hər dörd məktəbdən birində fizika müəllimi yoxdur

17 sentyabr, 15:31

Gənc müəllimlərə konkret yardımı necə təşkil etməli? – Qəzetin arxivindən

17 sentyabr, 15:20

Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib

17 sentyabr, 15:11

AzTU ilə Kipr Bahçeşehir Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.