
Sentyabrın 16-da Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib. Tədbir çərçivəsində təhsil sahəsi üçün xüsusi əhəmiyyət daşıyan bir razılaşma da imzalanıb. Belə ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin “Presight” şirkəti arasında təhsildə süni intellektin tətbiqinin genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
“Azərbaycan müəllimi”nin xəbərinə görə, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə mövzu ilə bağlı sosial şəbəkədə paylaşım edərək bildirib ki, memorandum hər iki ölkə üçün yeni imkanlar açır və Azərbaycanın təhsil sistemində rəqəmsal transformasiyanın sürətlənməsinə xidmət edəcək.
Deputat vurğulayıb ki, sənəd təhsildə innovativ texnologiyaların tətbiqini, süni intellekt alətlərindən istifadənin genişləndirilməsini nəzərdə tutur: “Memorandum çərçivəsində müəllim və tələbələrin süni intellekt əsaslı tədris həllərindən yararlanması, elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi və təhsil sistemində idarəetmə proseslərinin optimallaşdırılması planlaşdırılır”, – deyə o qeyd edib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər