Bütün xəbərlər
6 noyabr, 16:11

Xətai Sənət Mərkəzində paytaxtdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təsviri sənət və dizayn” dərnəyinin istedadlı balaca rəssamları, bir çox respublika və beynəlxalq müsabiqələrinin qalibləri Kövsər Qurban və İnci Qurbanın COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Tumurcuq” adlı fərdi rəsm sərgisi və animasiya nümayişi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Tumurcuq” rəsm sərgisi Kövsərin 3-cü, eyni zamanda 5 illik hesabat sərgisi, İncinin isə ilk fərdi sərgisidir. 16 medal, 100-dən çox sertifikat, diplom, fəxri fərmanın sahibi olan 10 yaşlı Kövsərin rəsm işləri Türkiyə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Rusiya, Fransa, İtaliya, Belarus, Bolqarıstan, Rumıniya və Latviyada keçirilən sərgilərdə nümayiş olunub. Balaca rəssam 8 yaşında V Beynəlxalq Animafilm Animasiya Festivalının qalibi seçilib, beynəlxalq münsiflərin xüsusi seçim mükafatına layiq görülərək “Qalib lövhəsi” ilə mükafatlandırılıb. İstedadlı yeniyetmə rəssamın çəkdiyi qısametrajlı animasiyalar bir neçə beynəlxalq festivallarda qalib olub, həmin ölkələrin kino mərkəzlərində nümayiş etdirilib. 7 yaşlı balaca rəssam İnci isə müxtəlif beynəlxalq və respublika müsabiqələrində 30-dan çox sertifikat və diploma, 3 beynəlxalq medala layiq görülüb. Onlar bacıdırlar. Bakıdaki 116 nömrəli məktəbdə təhsil alırlar.

Sərgidə istedadlı rəssamların COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş təbiət, mənzərə, natürmort, portret janrlarında, həmçinin “Qarabağ” və milli-mənəvi dəyərlərimizə, vətənpərvərlik mövzusuna həsr olunmuş 200-ə yaxın rəsm işləri sərgilənib, Kövsərin 5 animasiya filmi nümayiş etdirilib.

Yekunda mərkəzin milli rəqs dərnəyinin rəhbəri Samirə Musaimin hazırladığı “Təbiəti sevək” və “Şən rəqs” kompozisiyası ifa olunub.

Sərgidə Azərbaycanın Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Aydın Rəcəbov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, eləcə də Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Animasiya Assosiasiyası, müxtəlif səfirliklər və digər qurumların nümayəndələrin iştirakı ilə sərgiyə baxış keçirilib.

Sifai SƏFƏROVA

1 /8

Şərhlər

Xəbər lenti

5 iyul, 20:14

Milli Aviasiya Akademiyasında “Məzun günü” keçirilib

5 iyul, 11:32

Bir neçə kollecin rəhbəri vəzifəsindən azad olunub

4 iyul, 19:08

35 ölkənin tələbəsi “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” çərçivəsində təhsil alıb 

4 iyul, 19:04

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

4 iyul, 19:00

Azərbaycanda daha çox bu ölkələrin tələbələri təhsil alırlar

4 iyul, 18:54

HTP çərçivəsində xaricdə oxuyacaq Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

4 iyul, 18:50

Şagirdlərimiz beynəlxalq olimpiadalarda 35 medal qazanıblar

4 iyul, 18:46

SABAH qruplarının məzunu olan tələbələrin sayı açıqlanıb

4 iyul, 18:42

6 əlavə təhsil mərkəzinə lisenziya verilib

4 iyul, 18:38

Ötən tədris ilində 1054 tələbə yerdəyişmə edib

4 iyul, 18:35

Alimlərimizin elmmetrik bazalarda yayımlanan məqalələrinin sayı artıb

4 iyul, 18:28

1200-dən çox uşaq özəl bağçada qrant hesabına təhsil alır

4 iyul, 18:23

Şagirdlər yerli və beynəlxalq yarışlarda 1649 medal qazanıblar

4 iyul, 18:16

Məktəbdənkənar müəssisələrə nə qədər şagird qəbul ediləcək?

4 iyul, 18:16

Ötən il 66 əcnəbi peşə məktəblərinə qəbul olunub

4 iyul, 18:14

Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun mövcud vəziyyəti açıqlanıb

4 iyul, 18:12

Bağça yaşlı uşaqların 38,2 faizi məktəbəqədər təhsilə cəlb olunub

4 iyul, 18:11

Bağça müəllimlərinin 3 faizi diaqnostik qiymətləndirmədə 50-dən çox bal toplayıb

4 iyul, 18:09

İnternetə çıxışı təmin edilən məktəblərin sayı AÇIQLANDI

4 iyul, 18:07

“Rəqəmsal məktəb” platformasının ölkə üzrə tətbiqinə başlanılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.