Bütün xəbərlər
24 aprel, 12:04

Aprelin 23-də Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfranslarının açılış mərasimi keçirilib. 

BANM-ın rektoru Elmar Qasımov tədbirin açılışında bildirib ki, artıq altı ildir keçirilən bu beynəlxalq konfranslara maraq ildən-ilə artır. Vurğulanıb ki, konfransların əsas məqsədi tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, onları beynəlxalq elmi ictimaiyyətə inteqrasiya etdirmək, eləcə də müasir elmi texnologiyalar sahəsində fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. Rektor, həmçinin, BANM-ın gənc alimlərin yetişdirilməsinə xüsusi önəm verdiyini qeyd edib.

Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov beynəlxalq elmi tədbirlərin ölkəmizdə elmin inkişafına və gənclərin elmi fəaliyyətə marağının artmasına böyük töhfə verdiyini vurğulayıb. Nazir müavini BANM-ın müasir texnologiyalar və avadanlıqlarla təchiz edildiyini, 102 Prezident təqaüdçüsündən 33-nün BANM tələbəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, bu, sözügedən təhsil müəssisəsinin yüksək təhsil səviyyəsini və tələbələrinin potensialını nümayiş etdirir.

Nazir müavini gənclərin elmi tədqiqatlara cəlb olunmasını yüksək dəyərləndirərək qeyd edib ki, hazırda yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir. Buna görə də geniş mənada yaradıcılıq bu gün inkişaf mexanizmi və ya inkişafa aparan qarşılıqlı təsir kimi qəbul edilir, çünki bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır. 

SOCAR-ın İnsan Kapitalının inkişafı və Funksional mükəmməllik Departamentinin rəisi Tural Məmmədov da tədbirdə çıxış edərək BANM-ın son illərdə qazandığı uğurları xüsusi vurğulayıb. 

Eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini  Əminağa Sadıqov, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov çıxış ediblər. Qeyd olunub ki, bu cür beynəlxalq konfranslar gənclər üçün əvəzolunmaz təcrübə sahəsi yaradaraq elmi müzakirələrə qatılmalarına və biliklərini artırmalarına imkan verir, bununla da onları gələcəkdə daha güclü alimlər və mütəxəssislər kimi yetişdirir. 

Daha sonra BANM-ın tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova konfrans haqqında məlumat verib. Qeyd olunub ki, builki konfranslara  yerli və xarici gənc tədqiqatçılardan 340 müraciət daxil olub. Müraciətlərdən 300-ü müsbət rəy alıb ki, bu da ümumi müraciətlərin 80 faizini təşkil edir. BANM-dan isə 198 tələbə və gənc tədqiqatçı bu mühüm elmi tədbirə qoşulub.  Beynəlxalq iştirakçılar tərəfindən təqdim olunan 19 müraciətdən 18-i qəbul olunub. Bu il əvvəlki illərlə müqayisədə rekord sayda, 12 müxtəlif ölkədən – ABŞ, Böyük Britaniya, Portuqaliya, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Polşa, Sinqapur, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan və Rusiya kimi ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri iştirakçılar arasında yer alıblar. 

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların VI Beynəlxalq Elmi konfransları “Dayanıqlı kimya və kimya mühəndisliyinə doğru”, “İNFOTECH 2025” və “Neft-qaz geologiyası və mühəndisliyi” mövzularını əhatə edir.

1 /6

Şərhlər

Xəbər lenti

1 iyul, 21:00

50 yaşlı AzMİU-da “Məzun günü” – 2400-dən çox gənc yeni mərhələyə qədəm qoyur

1 iyul, 18:52

Xorvatiyada təhsil və bacarıqlar

1 iyul, 18:13

Uşaq mərkəzli öyrənmə

1 iyul, 17:47

Ali təhsildə süni intellekt inqilabı: Bilməli olduqlarınız

1 iyul, 17:14

“Milli Proqram” çərçivəsində indiyədək 15000 nəfər təlimi uğurla tamamlayıb

1 iyul, 16:49

Tacikistanda təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

1 iyul, 16:38

MDU-da “Məzun günü”: 878 tələbə məzun oldu

1 iyul, 16:33

Təkrar sertifikasiyada uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

1 iyul, 16:05

“Yeni maliyyələşmə mexanizmi idarəetmə yanaşmamızı dəyişdirib” – Qalib Nəbiyev

1 iyul, 15:15

ADNSU-da “Məzun günü” keçirilib

1 iyul, 15:01

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb

1 iyul, 14:56

Nazirlik: Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb

1 iyul, 14:53

334 müəllim təkrar sertifikatlaşdırmaya gəlməyib

1 iyul, 14:50

İmtahan qaydasını pozan 4 müəllimin nəticəsi ləğv olunub

1 iyul, 14:45

Nazirlik təkrar sertifikatlaşdırma imtahanı ilə bağlı məlumat yaydı

1 iyul, 14:36

BDU-nun məzunu Cənubi Koreyanın nüfuzlu universitetinə qəbul olub

1 iyul, 13:34

"Peşə bacarıqları məhkumların təkrar cinayət törətmə riskini azaldır" – Samir Rəhimov

1 iyul, 13:11

İƏT Qarabağ Universiteti ilə tələbə mübadiləsi həyata keçirmək istəyir - Baş katib

1 iyul, 13:06

AHİK: Yollayışların verilməsində şəffaflıq, yeniliklər, islahatlar

1 iyul, 13:02

İnstitut rəhbəri: Sosial şəbəkələr və süni intellekt ənənəvi təhsil modellərinin dəyişməsinə çağırışdır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.