Bütün xəbərlər
3 iyun, 10:01

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzinin tələbələrin iştirakı ilə səhnələşdirdiyi “Ezop” tamaşası “Pillə-3” Tələbə Tamaşaları Festivalında “Ən yaxşı tamaşa” nominasiyasında qalib olub.

BDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Vahid Orucoğludur. Tamaşada rolları universitetin tələbələri Hüseyn Cabbarlı, Fidan Sultanova, Ramazan Ramazanzadə, Nuran Atakişiyev, Rəna Əsədova və Murad Qəmbərov oynayıblar.

“Ezop” tamaşası dünya ədəbiyyatının klassik simalarından biri olan Ezopun həyatına və onun məşhur fəlsəfi hekayələrinə əsaslanaraq səhnəyə qoyulub. Qədim yunan təmsil ustası Ezopun (e.ə. VI əsr) qısa, lakin dərin mənalı hekayələri əsrlər boyu insanlara həyat dərsi verib.

Əsərlərində heyvan obrazlarından istifadə etməklə insan xarakterini, cəmiyyətin zəif və güclü tərəflərini ustalıqla tənqid edən Ezopun “Tülkü və Üzüm”, “Qurd və Quzu”, “Qarğa və Küp” kimi məşhur hekayələri bu gün də öz aktuallığını qoruyub saxlayır.

1 /1

Şərhlər

Xəbər lenti

5 iyun, 14:21

AzMİU-da şəhid məzunların övladları üçün xüsusi tədbir keçirilib

5 iyun, 14:01

UNEC-də beynəlxalq elmi konfransı keçiriləcək

5 iyun, 13:47

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

5 iyun, 13:35

Fransız dili üzrə MİQ-də bu mövzulardan suallar düşəcək

5 iyun, 13:32

Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb

5 iyun, 13:16

Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun günü” keçirilib

5 iyun, 12:47

BMU tələbəsi İKTA-nın müsabiqəsində I yerin qalibi olub

5 iyun, 12:21

Sabahın hava proqnozu açıqlanıb

5 iyun, 12:15

Dəyişikliklər müsbət nəticə versə də, erkən nikah problemi yenə də aktualdır – Deputat

5 iyun, 12:05

Əvvəl Bakı, sonda İsmayıllı – Gözlənilməz qalibin hekayəsi

5 iyun, 11:55

BSU rektoru Berlində keçirilən konfransda çıxış edib

5 iyun, 11:41

“Müasir metodist” layihəsini uğurla tamamlayanların statistik göstəriciləri açıqlanıb

5 iyun, 11:31

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilib

5 iyun, 11:10

BANM tələbələri beynəlxalq yarışda iştirak hüququ qazanıblar

5 iyun, 11:01

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başladı

5 iyun, 10:53

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

5 iyun, 10:46

Sertifikasiya təkcə imtahan yox, həm də müəllimin inkişafının təminatçısı olmalıdır – RƏY

5 iyun, 10:30

Real tarixi hekayələr, fərdi yanaşma… - Kənd məktəblərinin uğurlu təcrübəsi 

5 iyun, 10:29

Məktəblilər “54-cü Beynəlxalq məktub yazısı” müsabiqəsində iştirak ediblər

5 iyun, 10:15

Lisey və gimnaziyalara qeydiyyat başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.