
Mərkəzi imtahanla şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesi 5 iyun saat 15:00-dan etibarən başlayır.
“Azərbaycan müəllimi” xəbər verir ki, qeydiyyat 20 iyun tarixinə qədər davam edəcək.
Qeydiyyat prosesi yalnız Şagirdlərin Elektron Yerdəyişmə Portalı – https://sy.edu.az vasitəsilə aparılacaq. Valideyn və ya qanuni nümayəndə portal üzərindən müvafiq seçimləri edərək qeydiyyat prosesini elektron qaydada tamamlaya bilər.
Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.
Qəbul prosesi həyata keçirilən müəssisələr bunlardır:
- Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər təmayüllü gimnaziya;
- Bakı şəhəri, A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya;
- Bakı şəhəri, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya;
- Bakı şəhəri, S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
- Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyi;
- Bakı şəhəri, 16 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri, 2 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri, 147 nömrəli texniki-humanitar lisey;
- Bakı şəhəri, Texniki humanitar lisey;
- Bakı şəhəri, 291 nömrəli “Ekologiya” liseyi;
- Bakı şəhəri, Rəqəmsal biliklər liseyi;
- Bakı Şəhəri, Akademik Z.Əliyeva adina lisey;
- Sumqayıt şəhər, Humanitar və təbiət-riyaziyyat təmayüllü İstedad liseyi;
- Sumqayıt şəhər, N.Gəncəvi adına texniki və təbiət elmləri liseyi;
- Sumqayıt şəhər, “Təfəkkür” liseyi;
- Sumqayıt şəhər, Təbiət elmləri təmayüllü gimnaziya;
- Qobustan şəhər, 2 nömrəli tam orta məktəb;
- Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli lisey;
- İsmayıllı şəhəri internat tipli Talıstan liseyi;
- Quba şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Naxçıvan şəhər, Qızlar liseyi;
- Şamaxı şəhər, texniki, humanitar və təbiət təmayüllü lisey;
- Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
- Gəncə şəhər, Xarici dillər təmayüllü gimnaziya;
- Şəki şəhəri, Kimya-biologiya təmayüllü lisey;
- Şəmkir şəhər, Kimya-biologiya təmayüllü lisey;
- Şirvan şəhər, Kimya-biologiya təmayüllü lisey;
- Ağdaş şəhər, M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
- Biləsuvar şəhər, texniki fənlər təmayüllü məktəb-lisey;
- Ağstafa şəhər, Texniki-humanitar təmayüllü lisey;
- Oğuz şəhəri, E.Abdullayev adına 2 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey;
- Mingəçevir şəhəri, S.Vurğun adına 16 nömrəli tam orta məktəb;
- Lənkəran şəhəri, S.Kazımbəyov adına 6 nömrəli məktəb-lisey;
- Masallı şəhər, ‘Dəfinə’ məktəb-liseyi;
- Beyləqan şəhər, Humanitar fənnlər təmayüllü lisey;
- Şərur şəhər, Fizika, riyaziyyat təmayüllü lisey;
- Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey;
- Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü lisey.
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə tanış ola bilərsiniz:
Lisey və gimnaziyalara qəbul qaydaları
Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə həyata keçiriləcək:
25 iyun 2025-ci il – 7 və 8-ci siniflərə qəbul
26 iyun 2025-ci il – 6-cı siniflərə qəbul
27 iyun 2025-ci il – 5-ci siniflərə qəbul
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər