Bütün xəbərlər
7 avqust, 13:19

Bakı Dövlət Universitetinin (BDU) 46 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq.

Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib.

Bildirilib ki, 2025/2026-cı tədris ili üçün xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistratura səviyyəsi üzrə təhsil almaq hüququ qazanan 356 nəfərdən 46-sı BDU məzunudur. Onlardan 23-ü Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 18-i Amerika Birləşmiş Ştatları, 2-si Sinqapur Respublikası, 1-i Avstraliya İttifaqı, 1-i İtaliya Respublikası, 1-i isə İsrailin məşhur universitetlərində təhsil alacaq.

BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri hüquq və hüquqşünaslıq (o cümlədən beynəlxalq hüquq, korporativ hüquq, bank və maliyyə hüququ, əqli mülkiyyət və texnologiya hüququ, beynəlxalq arbitraj və mübahisələrin həlli), dövlət siyasəti və idarəçiliyi, maliyyə və iqtisadiyyat, kompüter elmləri və analitika (verilənlər elmi, tətbiqi statistika, tədris analitikası və kiber təhlükəsizlik mühəndisliyi), biotexnologiya və biotibbi mühəndislik, qrafik dizayn, eləcə də hesablama və tətbiqi riyaziyyatdır.

2026-cı il üzrə QS dünya reytinqinə əsasən, BDU məzunlarının 14-ü ilk onluqda, 25-i ilk iyirmilikdə, 44 nəfəri isə ilk yüzlükdə qərarlaşan ali təhsil müəssisələrində təhsillərini davam etdirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

1 /1

Şərhlər

Xəbər lenti

30 avqust, 12:16

Xaçmaz rayonu üzrə 650 məzun tələbə oldu

30 avqust, 10:59

Azərbaycanlı Kanzas Dövlət Universitetində yüksək vəzifəyə təyin olunub

30 avqust, 09:08

“Ana dili – Azərbaycan məktəbi”nə qeydiyyat başlayıb

29 avqust, 18:28

MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri açıqlanıb

29 avqust, 17:23

Mühəndislikdə zərif güc: 50 qadın “Zərif mühəndislər”lə real istehsalata addım atdı

29 avqust, 17:01

İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF

29 avqust, 16:59

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi başlayıb

29 avqust, 16:52

Evdə təhsil ləğv olunmayıb – RƏSMİ AÇIQLAMA

29 avqust, 16:26

ICPC dünya finalının direktoru: Azərbaycan 6 aya hazırlıq görən ilk ölkədir – MÜSAHİBƏ

29 avqust, 15:40

ADNSU rəhbərliyi Vorvik Universitetində tədqiqat mərkəzləri ilə tanış olub

29 avqust, 14:51

ADPU-da “Mexanikada yeni trendlər” adlı elmi konfrans keçiriləcək

29 avqust, 14:47

Mil-Muğan regionunun 41 məktəbində tikinti və təmir işləri aparılır

29 avqust, 14:33

Region məktəbinin bütün məzunları tələbə oldu

29 avqust, 14:20

Lisey və gimnaziyalara II mərhələ üzrə qəbul nəticələri AÇIQLANDI

29 avqust, 14:08

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə imtahan keçirilib

29 avqust, 13:55

Yaşıl gələcək uğrunda: Təhsil və ekologiyada könüllü təşəbbüslər

29 avqust, 13:12

ADNSU Kitabxana informasiya mərkəzi oxuculara jurnal resurslarını təqdim edir

29 avqust, 12:26

Bu məzunlar rayon birinciləri oldular

29 avqust, 12:21

Təhsil haqqı üçün pul yoxdur? – Təhsil tələbə krediti ilə bağlı bütün detallar

29 avqust, 11:35

Bölgələrdə velosiped məşqçiləri üçün təlim keçiriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.