Bütün xəbərlər
1 oktyabr, 10:30

Təhsilimizin keyfiyyətini yüksəltmək, müəllimlərin peşəkar inkişafını təmin etmək günün vacib məsələlərindəndir. Bu istiqamətdə xüsusi missiyanı metodistlər daşıyır. Onlar məktəb kollektivlərində bələdçi, yol göstərən və dəstəkçi kimi çıxış edirlər. 

“Azərbaycan müəllimi” metodistlərin rolu, qarşılaşdıqları çətinliklər və fəaliyyətləri barədə araşdırma aparıb və metodistlərin fikirlərini öyrənib.  

“Metodistin rolu motivasiyaedici olmalıdır”

1985-ci ildə Masallı rayonunun Sığdaş kəndində anadan olan Sadiq Nuriyev 2009-cu ildən müəllim kimi fəaliyyət göstərir. 16 illik pedaqoji təcrübəsi var. 2024-2025-ci tədris ilində məktəbdaxili metodist kimi çalışıb, bu ildən isə Lənkəran-Astara Regional Təhsil İdarəsində aparıcı metodistdir.

Onun sözlərinə görə, müasir metodistin əsas rolu müəllimlərin peşəkar inkişafına dəstək verməkdir: “Müasir metodistin əsas rolu müəllimlərin təlim ehtiyaclarını müəyyənləşdirib, onların peşəkar inkişafına dəstək vermək, pedaqoji texnologiyaların tətbiqini düzgün istiqamətləndirməkdən ibarətdir. Onlar eyni zamanda müəllimlər arasında əməkdaşlığa şərait yaradaraq ən yaxşı təcrübələrin paylaşılmasına, təlim prosesində innovativ yanaşmaların tətbiqinə şərait yaradır”. 

Metodist kimi o, fərdi əks-əlaqə, dərs dinləmələri, praktiki məşğələlər, rəqəmsal resurslardan istifadə bacarıqlarını artıran təlimlər təşkil edir. S. Nuriyev çətinliklərdən də danışır: “Ən böyük çətinliklərdən biri müəllimlərin dəyişən təhsil tələblərinə tez uyğunlaşa bilməməsidir. Bəzi müəllimlər illərlə formalaşmış, köhnə metodlardan imtina etməkdə çətinlik çəkir. Bu problemi aşmaq üçün müəllimlərlə fərdi söhbət etməklə, düzgün ünsiyyət qurmaqla onların təlim ehtiyaclarına uyğun metodik görüşlər keçirirəm”. O hesab edir ki, metodistin rolu məcburi deyil, dəstəkçi və motivasiyaedici olmalıdır. Etimad isə şəffaflıq və açıq ünsiyyətlə qazanılır.

“Metodist özü nümunə göstərməlidir”

1996-cı ildə Lənkəranda doğulan Aygün Kərimova LDU-nun “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə məzunudur. 2017-ci ildən müəllim, bu ildən isə metodist kimi çalışır.  Aygün müəllim bildirir ki, metodist müəllimlərə həm nəzəri, həm də praktiki dəstək göstərməlidir: “Metodist müəllimlərə yalnız nəzəri biliklər təqdim etmir, həm də onların praktiki işinə kömək edir, dərs planlaşdırılması, təlim metodlarının seçilməsi, qiymətləndirmə mexanizmləri və şagird motivasiyası ilə bağlı istiqamət göstərir. Eyni zamanda, metodist müəllimlərin innovativ texnologiyalardan istifadə etməsini təşviq edir və təhsil mühitinin daim yenilənməsinə dəstək verir”. 

O, müəllimlər arasında təcrübə mübadiləsi və "peer-learning"i daha səmərəli hesab edir. Onun fikrincə, praktiki metodları göstərərək öyrətmək müəllimlərdə motivasiyanı artırır: “Müəllimlərin yeni texnologiyalara uyğunlaşma çətinliyi, şagirdlərin maraq və motivasiya azlığı, vaxt məhdudiyyəti – bütün bunlar təhsildə rast gəlinən problemlərdir. Çıxış yolu isə praktiki təlimlər, interaktiv metodlar, layihə əsaslı öyrənmə və resurs paketləridir”. 

Metodistin rəhbərliyi barədə isə belə düşünür: “Metodistin rəhbərliyi demokratik, dəstəkləyici və nümunəvi olmalıdır. Öncə metodist özü yeni texnologiyaları tətbiq edib nümunə göstərməlidir. Faydasını izah etməli, motivasiya yaratmalıdır”. Onun sözlərinə görə, metodistin fəaliyyəti səmərəli olmaq üçün fasiləsiz öyrənmə və beynəlxalq təcrübənin izlənilməsi zəruridir.

“Metodistin əsas rolu müəllimlərə dəstək olmaqdır”

Lənkəran rayon V.Həsənov adına Liman 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aksana Hüseynova hazırda Lənkəran rayonu İ. Mahmudov adına Liman 1 nömrəli tam orta məktəbdə metodist kimi də fəaliyyət göstərir. O, metodistin işini belə xarakterizə edir: “Metodist təhsil sahəsində təlim-tərbiyə prosesinin keyfiyyətini artırır, müəllimlərin peşəkar inkişafını təmin edir, tədris metodlarını təkmilləşdirir. Əsas rolu müəllimlərə dəstək olmaqdır. Müəllimlərə müasir metodlar haqqında məsləhətlər verir, dərslərin müşahidəsini keçirir, yaranan çətinlikləri aşkarlayır və təkliflər verir".

Aksana müəllim bildirir ki, müəllimlərin inkişafına dəstək üçün fərdi söhbətlər, metodiki görüşlər, vebinarlar təşkil edir, onların inkişaf planlarının hazırlanmasında iştirak edir: “Təhsil prosesində qarşılaşdığım ən böyük çətinliklər yeni tədris metodlarının tətbiqidir. Bu çətinliyi aradan qaldırmaq üçün müəllimləri yeni proqramlar və metodlarla tanış edir, onların səmərəli istifadəsini təmin edirəm”. 

Onun fikrincə, metodistin müəllimlərlə ünsiyyəti motivasiyaedici olmalıdır: “Müəllimlərin etimadını qazanmaq üçün metodist müəllimin çətinlik çəkdiyi sahədə ona dəstək verilməlidir. Öncə onun müsbət cəhətlərini vurğulamalıdır ki, müəllim özünə olan güvənini itirməsin. Daha sonra nöqsan olan sahələrdə inkişaf- etdirici tövsiyələr verilməlidir”. 

Aksana Hüseynova hesab edir ki, metodistin səmərəli fəaliyyəti təhsil sahəsində uğurlu nəticələrin qiymətləndirilməsi ilə ölçülür. 
Metodistlərin dediklərindən aydın olur ki, onların işi yalnız metodik göstəriş verməkdən ibarət deyil. Müəllimlərin peşəkar inkişafı, yeni texnologiyalara adaptasiya, şagirdlərin motivasiyası – bütün bunların arxasında metodistlərin səbirli və dəstəkləyici fəaliyyəti dayanır.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.