.jpeg)
Oktyabrın 16-da Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfəri çərçivəsində Ankara Hacı Bayram Veli Universitetində olub və rektor Mehmet Naci Bostancı ilə görüşüb.
MDU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, görüş zamanı tərəflər universitetlərarası əməkdaşlığın prioritet istiqamətləri, birgə elmi layihələrin icrası və yeni akademik proqramların tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparıblar.
Görüşdə MDU və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında anlaşma memorandumu imzalanıb. MDU-nun rektoru Anar Eminov və AHBVU-nun rektoru Prof. Dr. Mehmet Naci Bostancı tərəfindən imzalanan memorandum iki ali təhsil müəssisəsi arasında strateji tərəfdaşlığın rəsmi əsasını qoyub. Memoranduma əsasən, magistratura səviyyəsində “Turizm və hotelçilik” ixtisası üzrə ikili diplom proqramı təsis ediləcək.
Rektor Mehmet Naci Bostancı MDU nümayəndə heyətini universitetdə görməkdən məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında elmi, mədəni və təhsil əlaqələrinin yeni inkişaf mərhələsini formalaşdırır:
“İmzalanan memorandum iki qardaş xalqın elm və təhsil sahəsindəki inteqrasiyasını gücləndirəcək. Bu əməkdaşlıq ortaq elmi layihələr, ikili diplom proqramları, beynəlxalq simpoziumlar və tələbə–müəllim mübadiləsi kimi geniş fəaliyyət istiqamətlərini əhatə edir. Biz Mingəçevir Dövlət Universiteti ilə qurulan bu tərəfdaşlığa böyük önəm verir və uzunmüddətli əməkdaşlığın davamlılığını təmin etməyə hazırıq.”
Universitetin beynəlxalq əlaqələr strategiyası qlobal akademik məkanla inteqrasiyanı, keyfiyyətli təhsil mühitinin yaradılmasını və müasir tələblərə cavab verən kadr hazırlığını hədəflədiyini bildirən MDU-nun rektoru Anar Eminov AHBVU rektoruna göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.
“Ankara Hacı Bayram Veli Universiteti ilə imzalanan bu Memorandum universitetimizin beynəlxalq inkişaf strategiyasında yeni səhifə açır. Əməkdaşlıq yalnız akademik sahədə deyil, həm də elmi, innovativ və mədəni istiqamətlərdə iki ölkənin ali təhsil sistemlərini daha da yaxınlaşdıracaq. Bu proqram gələcək turizm və xidmət sektorunda müasir bilik və bacarıqlara malik mütəxəssislərin yetişdirilməsinə töhfə verəcək”,- deyə bildirib.
Memorandum çərçivəsində birgə elmi tədqiqatların aparılması, beynəlxalq seminar və simpoziumların təşkili, müəllim və tələbə mübadiləsi, elmi nəşrlərin birgə hazırlanması, tədris proqramlarının uyğunlaşdırılması və ortaq sertifikat proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin innovasiya, startap və sahibkarlıq yönümlü layihələrdə əməkdaşlıq, laboratoriya və texnologiya transfer mərkəzlərinin birgə fəaliyyəti də sənədin əsas istiqamətlərindəndir.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər