Bütün xəbərlər
24 iyul, 12:37

Mingəçevir Dövlət Universiteti (MDU) ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, sənədi MDU-nun rektoru Anar Eminov və ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov imzalayıblar.

MDU-nun rektoru Anar Eminov universitetin strateji hədəflərindən biri kimi tələbələrin praktiki bacarıqlarının artırılması və əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmalarının dəstəklənməsini vurğulayıb. O, bu məqsədlə sənaye nümayəndələri ilə birbaşa əməkdaşlığın əhəmiyyətini qeyd edərək ATİB-lə imzalanan memorandumu bu istiqamətdə atılmış əhəmiyyətli addım kimi dəyərləndirib.

ATİB-in İdarə Heyətinin sədri M.Rüstəmov isə MDU-nun inkişaf meyillərini və əmək bazarının çağırışlarına cavab verən yanaşmalarını təqdirəlayiq hesab etdiyini qeyd edərək bu əməkdaşlığın həm təhsil alan gənclərə, həm də iş dünyasına fayda gətirəcəyinə inandığını vurğulayıb.

Tərəflər memorandum çərçivəsində bir sıra istiqamətlər üzrə əməkdaşlıq etməyi razılaşdırıblar. Bunlara tələbələrin ATİB-ə üzv şirkətlərdə istehsalat təcrübəsinə, biznes mütəxəssislərinin universitetdə dərslərə cəlb olunması, karyera və iş yarmarkalarının təşkili, innovasiya və startap təşəbbüslərinin dəstəklənməsi, üçtərəfli (Türkiyə tərəfdaşları ilə) layihələrin hazırlanması, təqaüd proqramlarının təşkili və birgə elmi-praktiki tədbirlərin həyata keçirilməsi daxildir. Memorandum, eyni zamanda, ATİB-in üzv şirkətləri ilə MDU arasında daha sıx əlaqələrin qurulmasına, universitet əməkdaşlarının və tələbələrinin peşəkar inkişafına yönəlmiş ixtisasartırma proqramlarının təşkilinə imkan yaradacaq.

Bununla yanaşı, görüş zamanı birliyin üzvü olan iş adamlarının 2025-ci ilin sentyabr-oktyabr aylarında MDU-nun əməkdaş və tələbələri ilə görüşlərinin təşkili, universitet məzunlarının işlə təmini məsələləri üzrə müzakirələrin davamının Mingəçevir şəhərində keçirilməsi ilə bağlı razılıq əldə olunub.

1 /3

Şərhlər

Xəbər lenti

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.