
Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsi üzrə “Ekologiya mühəndisliyi” ixtisasının I kurs tələbəsi Saleh Quluzadə və magistratura səviyyəsi üzrə “Memarlıq mühitinin dizaynı” ixtisasının I kurs tələbəsi Şahin Cəlilov Nijni Novqorod şəhərində keçirilən beynəlxalq “Professionals” bacarıqlar çempionatında iştirak ediblər.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, gənclərin professional texnoloji bacarıqlarının nümayiş etdirilməsi məqsədilə keçirilən və müxtəlif ölkələrin komandalarının qatıldığı çempionatda BMU tələbələri – Saleh Quluzadə beynəlxalq iştirakçı, Şahin Cəlilov beynəlxalq ekspert-mentor qismində müvəffəqiyyətlə çıxış ediblər.
Yarışın sonunda Saleh Quluzadə virtual və artırılmış reallığın hazırlanması üzrə beynəlxalq iştirakçı, komanda kateqoriyasında I, beynəlxalq kateqoriyada isə II yeri qazanıb.
Qeyd edək ki, Rusiya Federasiyasının Təhsil Nazirliyi tərəfindən təşkil olunan çempionatda BMU tələbələrinə mentorluq dəstəyi “SUMbuılders” MMC tərəfindən verilib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər