Bütün xəbərlər
15 oktyabr, 10:03

Bakı Mühəndislik Universitetinin (BMU) “Kompüter elmləri” ixtisasının IV kurs tələbəsi Emil Hüseynov Qazaxıstan Respublikasının Aktau şəhərində keçirilən “TurkicSkills 2025–Peşə bacarıqları müsabiqəsi”ndə uğurla çıxış edərək türk ölkələrinin ən yaxşı gənc mütəxəssisləri sırasında yer alıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycanı müsabiqədə layiqincə təmsil edən BMU tələbəsi “Veb proqramlaşdırma” sahəsi üzrə III yeri qazanıb və bu nəticə ilə həm universitet, həm də ölkəmiz üçün mühüm nailiyyətə imza atıb. 

“TurkicSkills” Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclərini bir araya gətirən, onların texniki və yaradıcılıq bacarıqlarını beynəlxalq standartlar səviyyəsində qiymətləndirən nüfuzlu yarışmadır. Mühəndislik, informasiya texnologiyaları, istehsal, robot texnikası və xidmət sahələrini əhatə edən yarışda iştirakçılar bir neçə gün ərzində real vaxtda proqramlaşdırma tapşırıqlarını yerinə yetirərək bilik, çeviklik və innovativ düşünmə qabiliyyətlərini sərgiləyiblər.  

Qeyd edək ki, BMU tələbəsi Emil Hüseynov daha əvvəl də “WorldSkills Azerbaijan” müsabiqəsində “Veb proqramlaşdırma” üzrə birinci yerin qalibi olub və  bir sıra regional, eləcə də beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıb.

Şərhlər

Xəbər lenti

15 oktyabr, 14:12

Fənnini yaxşı bilən müəllim ünsiyyət bacarığı yoxdursa, tədrisdə boşluqlar yaranır - Təcrübəli pedaqoq 

15 oktyabr, 13:52

AzMİU-da “Ağıllı şəhər texnologiyaları” adlı təlim keçirilib

15 oktyabr, 13:40

Dünyanın ən savadlı həkimlərindən biri olmaq istəyirəm – Prezident təqaüdçülərinin hədəfləri

15 oktyabr, 12:50

Sözün zirvəsinə boy verən şair…

15 oktyabr, 12:42

Məktəbəhazırlıq qrupları və I siniflərin yerdəyişməsi bu tarixdən aparılacaq

15 oktyabr, 12:36

Nobel laureatı: “Məəttəl qalmışam…”

15 oktyabr, 12:25

I sinfə üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi başa çatır

15 oktyabr, 12:07

Xarici tələbələr Azərbaycan ərazilərini ziyarət ediblər

15 oktyabr, 11:32

AzMİU-da tələbələrə narkotik vasitələrin zərərləri barədə məlumat verilib

15 oktyabr, 10:52

“Rəqəmsal məktəb” layihəsinin beynəlxalq sərgidə təqdimatı olub

15 oktyabr, 10:30

Bu gün Xudu Məmmədovun anım günüdür

15 oktyabr, 10:10

Uşaq bağçada da televizora baxacaqsa, ora niyə gedir?

15 oktyabr, 09:42

Qızı ilə sinif yoldaşı olan ana attestat aldı

14 oktyabr, 18:33

"Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda 7-ci DİM Dialoqu keçirilib

14 oktyabr, 17:45

Azərbaycan cəmiyyətində müəllimlər dəyərli hesab olunurlar - OECD

14 oktyabr, 17:25

Peşə təhsili müəssisələrində təhsilverənlər üçün ixtisasartırma təlimlərinə start verilib

14 oktyabr, 16:52

ADPU-da mentorluq proqramı start götürüb

14 oktyabr, 16:45

ADNSU-da gənclər üçün IT təlimi keçirilib

14 oktyabr, 16:31

Fizika və biologiya olimpiada seçmələrinin nəticələri elan olundu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.