.jpeg)
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri müsabiqəsinin II mövsümünün qalibləri üçün mentorluq proqramına start verilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, müsabiqə çərçivəsində qalib olmuş tələbələr universitet rəhbərliyi və sturuktur rəhbərlərindən təyin edilmiş mentorlarla görüşərək şəxsi və karyera inkişafları üçün vacib mentor dəstəyi alır, mentorlarının peşəkar təcrübələrindən faydalanırlar. Həmçinin, tələbələr mütəmadi olaraq müxtəlif sturukturların real iş fəaliyyətində iştirak edərək peşəkar və karyera inkişafları üçün əhəmiyyətli praktik səriştələr qazanmaq şansı əldə edəcəklər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd bacarıqlı və yüksək potensiallı gənclərin müəyyən edilərək onların inkişafına dəstəyin göstərilməsi və universitetin gələcək kadr bankının formalaşdırılmasıdır. Universitetin müxtəlif fakültələrindən olan ümumilikdə 800-dək tələbəni əhatə edən və üç mərhələdən ibarət seçim prosesinin sonunda 10 tələbə qalib adını qazanıb. Qaliblər 1000AZN dəyərində pul mükafatı və qiymətli hədiyyələrlə yanaşı, Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mentorluq proqramında iştirak hüququ da əldə ediblər.
Mentorluq proqramının 1 il davam etməsi nəzərdə tutulub. Proqramı uğurla başa vuran tələbələr müvafiq şəhadətnamə ilə təltif olunacaqlar, həmçinin ADPU-nun kadr bankına daxil edilməklə karyera imkanı əldə edəcəklər.
1 /7
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər