Bütün xəbərlər
9 iyul, 09:34

Bakı Mühəndislik Universitetinin (BMU) müəllim və tələbə heyətinin Çin Xalq Respublikasına səfəri başlayıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, səfər BMU ilə dünyada öncül mövqeyə malik Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında imzalanmış və Kimya, Kompüter, Mexanika mühəndisliyi ixtisasları üzrə bu ildən etibarən həyata keçiriləcək ikili diplom proqramını nəzərdə tutan müqavilə çərçivəsində təşkil edilib.

Müqavilə tələbələrə hər iki universitetdən diplom almaq imkanı yaratmaqla yanaşı, yay məktəbinin təşkili, tələbə-müəllim mübadiləsi kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.  

Səfər zamanı hər iki universitetin fəaliyyəti, tədris imkanları və beynəlxalq əlaqələri ilə bağlı təqdimatlar keçiriləcək, tələbələr üçün yay məktəbi təşkil ediləcək. Bununla yanaşı, elmi-tədris əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

Bu səfər, həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən olan “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətlərinə töhfə verir. Beynəlxalq təhsil əlaqələrinin genişləndirilməsi, müəllim və tələbələrin qlobal təcrübə qazanması, yeni tədris, tədqiqat metodlarının öyrənilməsi, eyni zamanda, BMU ilə Çin ali təhsil müəssisələri arasında əməkdaşlıq təşəbbüsləri qlobal tərəfdaşlıqların gücləndirilməsi baxımından əhəmiyyətlidir.

1 /2

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.