Bütün xəbərlər
11 dekabr, 11:35

Təkcə paytaxt Bakıda deyil, ölkənin regionlarında da fəaliyyət göstərən təhsil müəssisələrinin müasir dövrün tələblərinə uyğun olaraq yenidənqurulması, onlarda məzmunun təkmilləşdirilməsi və bununla onların tələbə kontingentinin artırılması Azərbaycanın təhsil siyasətinin əsas istiqamətlərindəndir. Bu baxımdan 2001-ci ildən fəaliyyətə başlayan Ağcabədi Pedaqoji Kollecini zamanla ayaqlaşmağa çalışan, bu sahədə müəyyən nəticələr əldə edən qabaqcıl orta ixtisas təhsili müəssisələrindən biri saymaq olar. “Azərbaycan müəllimi”nin növbəti reportajı da bu məktəblə bağlıdır. 

Payızın son günlərini yaşayırıq, amma kollec bizi necə deyərlər, hərarətlə qarşılayır. Məktəbin həyətində gözüm gəzinə-gəzinə nəsə təkrarlayan gənc xanıma sataşır. Azca yaxınlaşıram, yaxınlaşdıqca gülümsünür, dərs danışmağa çıxacağını və mövzunu təkrar etdiyini bildirir. Reportaja elə buradan, bu gözəl xanımdan başlayıram.

Səfurə Abdulzadə kollecin 3-cü kurs tələbəsidir. Burada tələbələrə yaradılan şəraitdən, onlara göstərilən doğmalıqdan doya-doya danışır. Öyrənməyə, çəkilən əziyyətə dəyər veriləndə “biz də ruhlanırıq” deyir: “Bizi təkcə tələbə olaraq yox, övladı kimi sevib, əzizləyən müəllimlərimiz var. Qaldığımız evdən tutmuş yediyimiz yeməyə qədər maraqlanırlar, dəstək olurlar". 

Gənc tələbə çılğın, çılğın olduğu qədər səmimidir. Öz müsbət enerjisini bizə də ötürür. O, dərsə hazırlığına, biz isə reportaja davam edirik.

“Tələbələrimizin xarakterlərini öyrənməyə, onlara dəstək olmağa çalışırıq”

Tələbələrin səslərinin fərqli aura qatdığı kollecə daxil oluruq. İkinci mərtəbədə müəllim Sevil Məmmədovanı görürəm. Sevil xanım nə az, nə çox 18 ildir ki, kollecdə pedaqogika və psixologiya müəllimi kimi fəaliyyət göstərir. 

Tələbələrdən, kollecdən danışmaqdan yorulmur. Deyir ki, işləri tələbələrə təkcə diplom təqdim etməklə bitmir. Təhsillə bərabər onları gələcəyə, həyata hazırlamaq da hədəfləridir: “Xanımlarımızı, bəylərimizi əsl vətəndaş, potensiallı kadr kimi yetişdirmək hər birimizin birgə bacaracağı işdir. 

Fərqli bölgələrdən gələn tələbələrimiz az deyil. Nəinki bir müəllimin, hər birimizin diqqəti onlarda olur. Hərəkətlərini izləyir, xarakterlərini öyrənməyə, dəstək olmağa çalışırıq. Axı, onlar bizim övladlarımızdır. İnsan övladının ən gözəl günlərinə şahidlik etmək istəyər”. 

Söhbət zamanı diqqətində saxladığı tələbələrin xüsusiyyətlərindən danışmağı da unutmur.

Bir tələbəyə dərsləri ilə bərabər faydalı informasiyaları ötürmək, onların asudə vaxtının düzgün təşkilinə nail olmaq özü də uğurdur. Yolumu kitabxanadan salıb, elə buradakı nümunələrə baxmaq istədim. 

Tam zamanında gəlmişik, deyəsən. Çünki kitabxananın bəzəyi olan kitablarla maraqlanan tələbə var. 

Aytəkin Ağayeva kollecdə ailə və ev təhsili ixtisası üzrə təhsil alır. 

İlk diqqətimi çəkən onun da müəllimlərin tələbələrə olan qayğısından danışması olur. Hansısa ədəbiyyatı əldə etməkdə çətinlik çəkmədiyini, bir problem yarandığı halda rəhbərliyə məlumat verildiyini bildirir. Kollecin, xüsusilə kitabxananın ona bir doğmalıq yaşatdığını deyir. "Ənənəvi şəkildə kitablarla təmasda olmaq yorğunluğumı çıxarır".

Valideynlər imtahanın gedişini izləyə bilirlər

Müəllim-tələbə münasibətinin düzgün qurulduğu mühitdə həm mənəvi cəhətdən güclü şəxsiyyət yetişər, həm də cəmiyyətə yüksək səviyyəli kadrlar təqdim olunar. Öyrənməyə, yaratmağa həvəsli olan tələbələrin hər sualına sevə-sevə, üzündəki gülüşü itirmədən cavab verən müəllimlər də tələbələrin qazancıdır. 

Sual demişkən, artıq imtahanların başlamasına az müddət qalır. Kollecin Qeydiyyat-qiymətləndirmə və monitorinq şöbəsinin müdiri Sədaqət Əliyeva xanımdan imtahanlara hazırlıqların vəziyyəti ilə bağlı maraqlanırıq.

Şöbə müdiri cari tədris ilində istər dərslərin təşkili, istərsə də imtahanlara hazırlıqla bağlı görülən tədbirlərin təşkilində əhəmiyyətli irəliləyiş olduğunu qeyd edir. 2024-2025-ci tədris ilində kollecə 11 ixtisas qrupu tələbə qəbulu aparılıb. Tələbələrin nailiyyətlərinin qiymətləndirilməsi test üsulu ilə həyata keçiriləcək. I kurs tələbələri üçün 14 fəndən böyük summativ qiymətləndirmə, digər kursların 37 qrupunda isə 254 fəndən imtahan təşkil olunacaq. Sədaqət xanım həmçinin test bankının yenilənməsi, yeni test suallarının hazırlanıb test bankına əlavə olunması üçün işlərin aparıldığını və imtahanlar zamanı valideynlərə imtahanın gedişini izləmə imkanı yaradıldığını bildirir.

Kollec 2023-2024-cü tədris ilində 39 subbakalavrını ölkənin nüfuzlu ali məktəblərinə yola salıb. Buraya başqa təhsil müəssisələrindən də yeni tələbələr transfer olunub. Bununla bağlı şöbə müdiri Şahin Bayramovdan daha ətraflı məlumat alırıq: 

“Bu il müəssisəmizə 2 nəfər ixtisas dəyişməklə, 2 nəfər eyni ixtisas qrupu üzrə olmaqla, ümumilikdə 4 tələbə transfer olunub. Bir tələbə isə kollec daxili dəyişmə edib. Əlavə olaraq deyə bilərik ki, kolleci bitirən 7 məzun müəllimlərin işə qəbul imtahanından müvəffəqiyyətlə keçib. Onların arasında hazırda İmişli, Siyəzən, Yardımlı, Salyan rayonlarında, eləcə də paytaxt Bakıda fəaliyyət göstərənlər var. Uğurlarımız bununla bitmir. Bu il tələbəmiz Vaqif İsmayıIov badminton üzrə 25-27 noyabrda keçirilmiş Bakı çempionatında I, Aqşin Əlizadə isə MMA üzrə respublika çempionatında II yerə layiq görülüb. 

“Yeni ixtisasların yaradılması sahəsində xüsusi addımlar atılacaq”

Reportajı Vətən müharibəsi iştirakçısı, kollecin direktoru Bəxtiyar Əliyevlə yekunlaşdırıram. İlk olaraq bizə Ağcabədi Pedaqoji Kollecinin publik hüquqi şəxs statusu alması barədə məlumat verir. Bəxtiyar müəllim bu statusun kollec üçün yeni imkanlar açacağını, xüsusilə də gələcək illərdə yeni ixtisasların yaradılması sahəsində xüsusi addımlar atılacağını qeyd edir: “İş varsa, mütləq nöqsan da var. Çalışırıq ki, həmin nöqsanları aradan qaldıraq, tələbələrə rahat şərait quraq, çünki gənclərimiz, tələbələrimiz bizim inşa etdiyimiz sabahlardır". 

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.