Bütün xəbərlər
27 may, 13:25

Erkən nikah deyəndə çoxumuzun ağlına nənə-babalarımızın dövrü gəlir. Amma bu problem bu gün də cəmiyyətimizdə, şəhər və kəndlərimizdə yaşanır. Niyə azyaşlı uşaqlar erkən nikaha cəlb olunur? Erkən nikahlar daha çox hansı regionlarda və ya ailə tiplərində rast gəlinir? İnsanları erkən yaşda evlənməyə nə vadar edir? Bu qərarı onların özləri verir, yoxsa ailə təzyiqi olur? Erkən nikaha daxil olanlar  təhsil, karyera və şəxsi inkişaf baxımından nələri itirir və ya qazanırlar? 

“Erkən nikahlar çox zaman qızların öz istəyi ilə yox, ailə təzyiqi və ya icmanın sosial basqısı ilə baş tutur”

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova “Azərbaycan müəllimi”nə bildirib ki, erkən nikah dedikdə, çoxları sadəcə yaşca kiçik qızların ailə qurmasından danışıldığını düşünür. Amma bu məsələnin kökü daha dərindir: “Bu, bir insanın gələcəyinin əlindən alınması, onun özünü reallaşdırmaq imkanlarının məhdudlaşdırılması və bəzən də həyat boyu davam edən travmaların başlanğıcıdır. Erkən nikahların cəmiyyətdə yayılma səbəblərinə gəldikdə isə onu deyə bilərəm ki,  ənənəvi düşüncə tərzi, təhsilsizlik, patriarxal ailə strukturu, sosial-iqtisadi problemlər, cinsi ayrı-seçkilik və bəzən də dini motivlər bu kimi problemlərə gətirib çıxarır. Valideynlər, xüsusilə ata və baba fiqurları, çox zaman bu qərarı qız övladları ilə məsləhətləşmədən, "namus", "hörmət", "baş bağlamaq" kimi anlayışlarla əsaslandıraraq verirlər. Bəzi hallarda isə qız özü bu qərara razı olur, amma bu, yetkin və düşünülmüş seçim deyil, çox vaxt məhəbbətə aclıq və ya ailədən qaçmaq istəyi ilə bağlıdır”.

Onun sözlərinə görə, erkən nikahların yayılma coğrafiyası daha çox kənd və ucqar bölgələrdir: “Dağlıq ərazilərdə, sərhəd kəndlərində və sosial-iqtisadi durumu zəif olan ailələrdə bu hallar daha çox müşahidə olunur. Belə yerlərdə təhsil imkanları məhduddur, informasiya azdır və müasir dünyagörüşü formalaşmayıb. Şəhərlərdə bu hallar nisbətən az olsa da, dini və ya ənənəvi dəyərləri üstün tutan ailələrdə yenə də rast gəlinir. Ən ağrılı məqamlardan biri odur ki, bu nikahlar çox zaman qızların öz istəyi ilə yox, ailə təzyiqi və ya icmanın sosial basqısı ilə baş tutur. Gənclər hələ kim olduqlarını, həyatdan nə istədiklərini tam dərk etməmiş, bir ömürlük qərar verməyə məcbur edilirlər. Bu qərar onların təhsilini yarımçıq qoyur, karyera qurmaq şansını əlindən alır, iqtisadi müstəqillik imkanını sıfıra endirir və şəxsi inkişaflarını ciddi şəkildə məhdudlaşdırır”.

Günay Əkbərova qeyd edib ki, pixoloji baxımdan da bu qızlar özlərini tez-tez yük altında hiss edirlər: “Uşaq yaşında qadın rolu oynamaq, məsuliyyət daşımaq, qayınana-qayınata ilə münasibət qurmaq və bəzən də fiziki və psixoloji zorakılığa dözmək məcburiyyətində qalırlar. Onlar “mən”ini formalaşdırmadan “biz”in içində əridilirlər. Erkən ana olmaq isə həm tibbi, həm də sosial cəhətdən ağır nəticələr doğurur. Gənc qızın orqanizmi hamiləlik və doğuş üçün tam yetkin deyil, bu isə ana və körpə üçün həyati risklər yaradır. Üstəlik, psixoloji cəhətdən hələ özü uşaq olan biri başqa bir uşağın məsuliyyətini necə daşıya bilər?!

Qanunvericilik baxımından isə Azərbaycanda nikah yaşı 18-dir. Xüsusi hallarda yaş 17-yə endirilə bilər, amma bu istisnalar tez-tez sui-istifadə olunur. Qanunlar dini nikahlarla, qeyri-rəsmi münasibətlərlə və ya qızın hamiləliyini bəhanə gətirməklə rahatlıqla pozulur. Cəzasızlıq (və ya qismən cəza) və ictimai susqunluq bu prosesi daha da sürətləndirir”.

“Qız uşaqlarının gələcəyini məhdudlaşdırmaqla cəmiyyətin inkişaf yolunu bağlamış oluruq”

“Erkən nikahların qarşısını almaq üçün nə etmək olar?” sualına cavab olaraq Günay Əkbərova söyləyib ki, qanunlar sərtləşdirilməlidir, lakin yalnız bu kifayət etmir: “Problemin kökündə duran düşüncə tərzini dəyişmək üçün maarifləndirmə işlərinin aparılması əsas rol oynayır. Bu işlər valideynlər, icma liderləri, müəllimlər və dini nümayəndələrlə birgə aparılmalı, erkən nikahın zərərləri sadəcə qadağa kimi yox, insan taleyi kimi izah edilməlidir. Dünya təcrübəsində, məsələn, Hindistan, Keniya və Nepal kimi ölkələrdə icmalarla birbaşa aparılan kampaniyalar, qadınların uğur hekayələrinin paylaşılması və məktəblərdə gender bərabərliyi mövzusunda dərslərin keçirilməsi müsbət nəticə verib. Azərbaycanda da belə yanaşmalar tətbiq olunarsa, biz təkcə erkən nikahların qarşısını almarıq, həm də güclü, savadlı, öz ayaqları üstündə dayana bilən qadınların yetişməsinə zəmin yaradarıq.

Bir ana, qadın və müəllim kimi deyə bilərəm ki, hər bir qız uşağı azad seçim haqqına layiqdir. Heç kim onun adından qərar verməməlidir. O, həyatını özü planlaşdırmalı, gələcəyini özü seçməlidir. Çünki hər bir qız uşağı potensial bir elm adamı, sənətkar, müəllim, lider və ya sadəcə xoşbəxt bir insan ola bilər. Onun məktəbdə bir müəllimin dediyi söz, bir kitabda oxuduğu cümlə, ya da bir uğurlu qadının həyat hekayəsi ilə taleyi dəyişə bilər. Bəzən sadəcə “Sən bacararsan!” kimi sadə bir cümlə bir uşağın həyatını tamamilə fərqli istiqamətə yönəldə bilər”.

“Maariflənmiş, güclü qadınlar öz yollarını seçməkdən qorxmurlar”

Erkən nikahdan qurtuluş yolunun təkcə qanun və cəza ilə deyil, eyni zamanda, anlayışla başlamalı olduğunu deyən G.Əkbərovanın fikrincə, anlamaq lazımdır ki, qız uşaqlarının gələcəyini məhdudlaşdırmaqla, əslində cəmiyyətin inkişaf yolunu bağlamış oluruq: “Bu yolda empatiya vacibdir. Onların yerinə öz övladımızı, bacımızı, tələbəmizi qoyaraq düşünməliyik. Təhsil isə bu dəyişimin ən güclü alətidir. Maariflənmiş, məlumatlı və güclü qadınlar öz hüquqlarını tanıyır, öz yollarını seçməkdən qorxmurlar. Və nəhayət, valideynin övladına, müəllimin şagirdinə, cəmiyyətin gələcəyinə olan sevgisi bu prosesi dəstəkləməlidir. Bu sevgiyə əsaslanan bir cəmiyyət qurduğumuz zaman heç bir qız uşağı öz istəyi olmadan, vaxtından əvvəl həyat yükü altına düşməyəcək. O zaman biz təkcə erkən nikahları deyil, həm də minlərlə insanın ruhundakı səssiz çığırtını da susdura biləcəyik. O halda hər bir qız uşağına demək mümkün olacaq: "Sənin arzuların var və bu dünya onları reallaşdırmaq üçün kifayət qədər böyükdür".

Şərhlər

Xəbər lenti

28 may, 16:37

Bilbacar müsabiqəsinin birinci mərhələsi başa çatdı

28 may, 09:25

BSU-da II karyera yarmarkası keçirilib

28 may, 09:18

28 May və maarifçilik: gələcəyin yolu keçmişdən keçir

28 may, 08:42

Azərbaycan Xalq Cümhuriyyətinin ən dəyərli mirası

27 may, 21:21

Gələcək müəllimləri buraya nə gətirir? - “Dəstək mərkəz”indən REPORTAJ

27 may, 20:23

Məcburi köçkün məktəbləri üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib

27 may, 18:51

Lisey və gimnaziyalara qəbulla bağlı RƏSMİ AÇIQLAMA

27 may, 18:30

Universitet–məktəb əməkdaşlığı: təcrübə və örnəklər

27 may, 18:00

Riyaziyyatçı alimin məqaləsi beynəlxalq jurnalda çap olunub

27 may, 16:45

Gənclərin ixtisas dilemması: Kim olmaq istəyirsən?

27 may, 16:25

Zorakılığı tərbiyə vasitəsi kimi qəbul etmək olarmı?

27 may, 16:03

III “Maarifçi” tələbə-məzun təcrübə proqramının nəticələri elan olunub

27 may, 15:51

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işlər hansı mərhələdədir? – Millət vəkili açıqladı

27 may, 15:37

Heydər Əliyev Fondunun şöbə müdiri: Talıstan Liseyi ən müasir tələblərə cavab verir

27 may, 15:31

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd olunub

27 may, 15:27

BMU tələbələrinin ifasında “Qürur və qərəz” tamaşası nümayiş olunub

27 may, 15:08

BDU-da Karyera Festivalı keçirilib

27 may, 14:57

Məktəblilərimiz beynəlxalq turnirdə 11 medal qazanıblar

27 may, 14:25

“Əxlaq qiymətləri” – Qəzetin arxivindən

27 may, 13:52

“Qarabağın dirçəlişi üçün korporativ dəstək: ianə və təşviqat” mövzusunda tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.