
Mayın 27-də MÜTDA və ANAMA-nın dəstəyi ilə Sumqayıt şəhərində yerləşən Qubadlı şəhəri Qara İlyasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində məcburi köçkün məktəbləri üçün mina təhlükəsinə dair maarifləndirmə təlimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlim Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron, Qaradağ rayonlarında yerləşən məcburi köçkün məktəbləri üçün təşkil edilib. Təlimdə Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Füzuli rayonlarının ümumtəhsil məktəblərinin müəllim heyəti iştirak edib.
ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdir müavini Rövşən Kərimov tədbirin keçirilməsində məqsədin işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə mübarizədə müəllimlərin maarifləndirilməsi və bu mübarizəyə müəllimlərin töhfəsinin verilməsindən ibarət olduğunu qeyd edib. Onun sözlərinə görə, maarifləndirmə tədbiri mina təmizləmə fəaliyyətinin əsas komponentlərindən biridir və mina təhlükəsi olan ərazilərdə insanların dayanıqlı və təhlükəsiz yaşayışını təşkil etmək üçün əsas şərtlərdəndir.
ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin baş mütəxəssisi Ceyhun Quliyev çıxışında təlim iştirakçılarını müxtəlif mina nümunələri ilə tanış edərək onların yaratdığı təhlükə və ondan qorunmaq məqsədilə görüləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib. C.Quliyev xüsusilə iştirakçılara təhlükəsizliyinə əmin olunmamış əraziyə daxil olmamaq, özünə məxsus olmayan əşyalara toxunmaq və digərlərinə bu qaydaları tövsiyə etmək kimi fikirləri vurğulayıb.
Tədbirin gedişində müəllimlərə mina təhlükəsinə dair maarifləndirmə təlimi çərçivəsində test nümunələri verilib. Tədbirdə iştirak edən müəllimlər sonradan bu təlimi şagirdləri üçün keçmək tapşırığı alıblar. Təbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər