Bütün xəbərlər
10 fevral, 14:50

Oussamaben Mohamed Ali Bakı Dövlət Universitetinin (BDU) Komor Adaları İttifaqından olan əcnəbi tələbəsidir. Bakalavr təhsilini öz ölkəsində alıb. Səudiyyə Ərəbistanında ərəb dili kurslarında təhsil alarkən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı barədə məlumat əldə edib. Bundan sonra Azərbaycanda təhsil almağa qərar verib. Oussamaben hazırda BDU-nun hazırlıq qruplarında təhsil alır. Növbəti addım olaraq isə, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistr təhsili almaq niyyətindədir.

“Azərbaycan müəllimi” əcnəbi tələbə ilə müsahibəni təqdim edir.

- Oussamaben, necə oldu ki, BDU-da təhsil almaq qərarı verdin?

- Öz ölkəmdə bakalavr təhsilini tamamladıqdan sonra Səudiyyə Ərəbistanında ərəb dili kurslarında iştirak etdim. Həmin vaxtlarda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı haqqında məlumat aldım. Azərbaycan universitetləri ilə bağlı araşdırma edərkən BDU-nun reytinq sıralamalarında yüksək yerlərdə olduğunu gördüm. Ona görə də qərara aldım ki, Beynəlxalq münasibətlər və iqtisadiyyat üzrə magistr təhsilimi məhz burada alım. BDU-da təhsil almaq həyatımda yeni bir mərhələdir və bunun böyük imkanlar açacağına inanıram. BDU Azərbaycanın ən qədim və nüfuzlu universitetlərindən biridir. Bu, həm tələbələr, həm də müəllimlər üçün zəngin bir təhsil mühiti yaradır. Bununla yanaşı, Azərbaycan dilini daha yaxşı öyrənməliyəm. Dil baryerini aşmaq üçün çox çalışıram. Gələcəkdə diplomat kimi fəaliyyət göstərmək istəyirəm. Yaxşı ünsiyyət qurmaq bu sahədə müvəffəqiyyətli olmağım üçün çox vacibdir.

- Ölkəmiz, buradakı mədəni müxtəliflik sənə necə təsir bağışladı?

- Mədəni müxtəliflik mənim üçün yeni bir təcrübədir. Bu, həm ölkə, həm də insanlar haqqında daha çox şey öyrənməyimə kömək edir. Başlanğıcda yeni bir ölkəyə, fərqli bir mədəniyyətə uyğunlaşmaq zaman aldı. Lakin universitetdə çox ünsiyyətcil, mehriban insanlar tapdım, dostlar qazandım. Bu insanlar mənə Azərbaycana uyğunlaşma prosesində çox kömək etdilər.

- Sosial həyatın necədir?

- İlk dəfə Bakıya gəldiyimdə hava çox soyuq idi. Komor adaları tropik iqlimə malik olduğundan soyuq noyabr ayına uyğunlaşmaqda çətinlik çəkdim. Azərbaycan mətbəxi ilə tanışlıq da çox maraqlı oldu. Burada yeməklər mənə çox fərqli gəldi. Amma zamanla iqlimi də, Azərbaycan yeməklərinin zəngin dadlarını da çox bəyəndim. Xüsusilə Azərbaycan milli plovunu çox sevirəm, amma düşünürəm ki, dadı daha acı olsa, mükəmməl olardı. Artıq burada sosial həyatım daha rəngarəngdir. Universitetdəki müxtəlif tədbirlər, müzakirələr çox maraqlı və faydalıdır. Mənim üçün bu, ən böyük üstünlükdür.

- Hazırlıq qruplarında dərslərin necə gedir?

- Hazırlıq qrupunda müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan tələbələrlə bir yerdə təhsil alıram. Bu, yalnız akademik bilikləri artırmır, müxtəlif mədəniyyətlərin, düşüncə tərzlərinin və həyat fəlsəfələrinin inteqrasiyasına imkan yaradır. Fərqli mədəniyyətlərdən gələn insanlarla bir arada olmaq sosial bacarıqlarımı inkişaf etdirir, qarşılıqlı anlayışın və hörmətin artırılmasına, yeni dostluqların qurulmasına dəstək olur.

- Bildiyimə görə, BDU-nun “Tələbə evi”ndə qalırsan. Oradakı şəraitdən razısanmı?

- “Tələbə evi”nin şəraiti çox əlverişlidir. Təhsil alarkən rahat yaşamaq digər fəaliyyətlərə daha çox fokuslanmağa imkan verir. Mətbəx, kitabxana, asudə vaxt üçün təklif olunan digər şəraitlər tələbələrə müxtəlif imkanlar yaradır. Adətən öz milli yeməklərimizi hazırlayıram. İstədiyimiz zaman dostlarla görüşə, asudə vaxtımızı məhsuldar keçirə bilərik. Burada özümü evdəki kimi rahat və təhlükəsiz hiss edirəm.

- Gələcək hədəflərin nələrdir?

- Ölkəm üçün faydalı mütəxəssis olmaq istəyirəm. Hədəfim ölkəmlə Azərbaycan arasında beynəlxalq əlaqələri inkişaf etdirməkdir. Komor Adaları İttifaqının Azərbaycandakı ilk səfiri olmaq istəyirəm.

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.