Bütün xəbərlər
26 avqust, 11:57

Bir neçə gün əvvəl ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb. Qəbulun nəticələrinə əsasən, əkiz bacı-qardaş - Həmid və Həmidə Məmmədli də tələbə adını qazanıb. Həmid təhsilini Türkiyədə, Həmidə isə Qarabağ Universitetində davam etdirəcək. 

"Azərbaycan müəllimi" əkizlərlə həmsöhbət olub. 

Həmid Məmmədli Qubadlı rayon C. Həşimov adına Mərdanlı kənd tam orta məktəbin məzunudur. Respublika, eləcə də beynəlxalq səviyyəli yarışlarda yüksək nəticə əldə edib. Həmid SAF 2023-də “Boat racing” kateqoriyası üzrə, TEKNOFEST 2024, “Sabahın alimləri” XIV respublika müsabiqəsində birincilik qazanıb.

Həmid deyir ki, İstanbul Texniki Universitetində “Elektronika və kommunikasiya” (tədris ingilis dilində) ixtisasına qəbul olub:

"Bacım  əvvəldən tibb, mən isə mühəndislik sahəsinə meyilli olub. Düzünü desəm, valideynlərim bizdən daha çox həyəcanlı idilər, özümdən daha çox bacımın nəticəsinin necə olacağını gözləyirdim. Bakalavrı bitirdikdən sonra magistr təhsili də almağı çox istəyirəm”. 

Ailəyə növbəti sevinci yaşadan Həmidə isə 619.4 balla Qarabağ Universitetində təhsil alacaq. 

"Həkim olmaq ən böyük arzum idi. Bunun üçün ilk addımı atdığımı düşünürəm. Qarabağ Univeristetinin Tibb və sağlamlıq elmləri fakültəsində təhsilimi davam etdirəcəyəm. Bu mənim üçün çox sevincli bir haldır. Valideynlərimin dəstəyi, qayğısı bu nailiyyətləri qazanmağımıza  şərait yaratdı. Bacı-qardaş olaraq ali məktəbə hazırlaşmaq həm həyəcanlı, həm çətin, həm də bir o qədər də sevincli idi. İmtahanlarda 2 qat həyəcan keçirdik, nəticələr açıqlandıqda isə çox böyük sevinc yaşadıq".

1 /3

Şərhlər

Xəbər lenti

18 sentyabr, 13:24

LDU-nun iki məzunu Türkiyədə doktoranturaya qəbul olub

18 sentyabr, 12:54

Buraxılış imtahanına xarici dil üzrə salınacaq yeni sual tipi necə olacaq? – DİM-dən AÇIQLAMA

18 sentyabr, 12:44

Yeni model tətbiq olunacaq məktəblərdə kimlər dərs deyə bilər?

18 sentyabr, 12:25

Süni intellektin elmdə və təhsildə rolu: çağırışlar, yeni imkanlar və risklər

18 sentyabr, 12:24

Təmayül tədris modeli bu məktəblərdə tətbiq olunacaq – SİYAHI

18 sentyabr, 12:14

Azərbaycanda "PeşəFest-2025" başlayıb

18 sentyabr, 11:51

“Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə bacarıqlar qiymətləndirilib

18 sentyabr, 11:23

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

18 sentyabr, 11:06

Tələbələr üçün antinarkotik mövzusunda elmi-praktik konfranslar keçiriləcək

18 sentyabr, 10:15

Şəhid övladlarına məktəbli formaları və ləvazimatlar təqdim olunub

18 sentyabr, 10:06

Məktəb psixoloqları və tibb işçiləri üçün təlimat hazırlanacaq

18 sentyabr, 10:03

Məktəblərdə narkotik və psixotrop maddələr əleyhinə seminarlar keçiriləcək

18 sentyabr, 09:57

AzMİU-da xaricdə yaşayan elm adamları ilə görüş keçirilib

18 sentyabr, 09:44

Bülbül, Qara Qarayev, Niyazi müəllimliyi necə görürdü? – Qəzetin arxivindən

17 sentyabr, 19:51

Emin Əmrullayev Bahçeşehir Kıbrıs Universitetinin İdarə Heyətinin sədri ilə görüşüb

17 sentyabr, 18:53

ADNSU-da beynəlxalq sertifikatlı fənnin tədrisinə start verilib

17 sentyabr, 17:27

Çilidə məktəblərdə mobil telefonların qadağası ilə bağlı pilot layihə tətbiq olunub

17 sentyabr, 17:19

İki müəllim, bir sinif – Şagirdlərin nəticələri yüksələ bilərmi?

17 sentyabr, 16:51

Sinifdə mobil telefon qadağası şagird nəticələrini yaxşılaşdırır

17 sentyabr, 16:25

Şahin Seyidzadə: BƏƏ ilə imzalanan anlaşma təhsildə rəqəmsal transformasiyanı sürətləndirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.