Bütün xəbərlər
30 aprel, 12:05

“Əsas məqsəd Azərbaycan ümumtəhsil məktəblərində ingilis dili tədrisini yaxşılaşdırmaqla bağlı müzakirələr aparmaq və yekun təklifləri formalaşdırmaqdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi və Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədinin təqdimat mərasimində Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev səsləndirib.

“Ümumilikdə, Azərbaycan məktəblərində ingilis dili tədrisinin qənaətbəxş vəziyyətdə olmadığı qənaətindəyik. Bunu məktəblərdə aparılan dərs dinləmələri və şagird nəticələri də sübut edir”.

O qeyd edib ki, 9-cu sinfi bitirən uşaqların göstəricilərinə nəzər salaraq bunu aydın görmək olar.

“Burada müəllim hazırlığı, saatların azlığı kimi nüansları səbəb olaraq göstərmək olar. Müəllimlərin sertifikatlaşdırılmasında hər yüz ingilis dili müəllimindən 20-si birinci mərhələdən keçə bilməyib. Bu vəziyyət müəllimlərin işə qəbulu imtahanında da eynidir.

Onun sözlərinə görə, bu mövzuda dərsliklərdən də danışmaq vacibdir:
“Uzun illər ingilis dili tədrisində köhnə dərsliklər, artıq standartlara cavab verməyən dərs vəsaitləri istifadə edilirdi. Lakin son 5 ildə görülmüş işlər nəticəsində biz məktəblərdə bu fənn üzrə yeni dərsliklərin istifadəsinə başlamışıq”.

Elnur Əliyev əlavə edib ki, ingilis dili fənni üzrə yeni kurikulum da artıq yekunlaşmaq üzrədir:

“Həmçinin, son bir neçə ildir ki, xarici dil müəllimlərinin inkişafı üçün çox sayda peşəkar inkişaf təlimləri də keçirilir”.

Şərhlər

Xəbər lenti

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

14 iyul, 12:37

Yüksək bal toplayan şagirdlərin çoxunun valideyni müəllimdir - Məleykə Abbaszadə

14 iyul, 12:19

Məleykə Abbaszadə: Abituriyentlərin nəticələri ürəkaçandır

14 iyul, 12:16

Şəmkirdə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

14 iyul, 11:58

ADA Universiteti dövlət sifarişi ilə tələbə qəbulu aparacaq

14 iyul, 11:52

Builki abituriyentlərin yarısı dövlət sifarişli yerlərə qəbul olacaq

14 iyul, 11:49

Bəzi ixtisasların V qrupa keçirilməsi layihəsi qəbul edilmədi – DİM sədri

14 iyul, 11:37

“İmtahan prosesinə özüm müdaxilə etmək istəsəm belə, bu, mümkün deyil” - Məleykə Abbaszadə

14 iyul, 11:00

Yeniyetməlik dövrü, özünüifadə ehtiyacı və azadlıq arzusu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.