Bütün xəbərlər
10 iyul, 13:24

“2025-ci ildə ilk dəfə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin nəticələri açıqlanıb. Belə ki, ilk dəfə keçirilən bu test mərhələsində ümumilikdə təxminən 19 min müəllim iştirak edib. Müxtəlif fənlər üzrə aparılan qiymətləndirmə nəticələri müəllimlərin bilik və bacarıq səviyyəsini, eləcə də təkmilləşməyə ehtiyac duyulan istiqamətləri müəyyənləşdirib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim–keyfiyyətli təhsil" adlı tədbirdə çıxış edib.

“Sertifikatlaşdırma imtahanının nəticələri peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir”, - deyən nazir bildirib ki, bu nəticələr ölkədə təhsilin keyfiyyətinə birbaşa təsir edən müəllim amilini daha sistemli və obyektiv şəkildə analiz etməyə şərait yaradır.

Nazirin təqdim etdiyi statistikaya əsasən, alman dili müəllimləri 100 faiz nəticə ilə fərqlənib. Bu fənn üzrə iştirak edən 19 nəfərin hamısı imtahanı müvəffəqiyyətlə keçib. Ən çox iştirakçı sayı isə ibtidai sinif müəllimlərinə aiddir – 810 nəfər. Onların 92 faizi uğur qazanıb və bu istiqamət üzrə ən yüksək orta nəticə 48 bal qeydə alınıb.

Dil fənləri üzrə nəticələrə baxıldıqda Azərbaycan dili müəllimlərinin 97 faizi uğur qazanıb, yalnız 3 faizi təkmilləşdirməyə ehtiyac duyur. Azərbaycan dili və ədəbiyyat fənnində bu göstərici 85 faiz təşkil edir. Fransız dili üzrə nəticələr nisbətən aşağıdır – iştirakçıların 21 faizi zəif nəticə göstərib.

Sertifikatlaşdırma prosesinə bu il ilk dəfə cəlb olunan biologiya, kimya, fizika, coğrafiya və informatika müəllimləri üzrə nəticələr də açıqlanıb. Biologiya fənni üzrə 3 436 müəllimdən 83 faizi, kimya üzrə 2 509 müəllimdən 85 faizi, fizika üzrə 3 541 müəllimdən 88 faizi uğur əldə edib. 3 419 coğrafiya müəlliminin 90 faizi,  3 355 informatika müəllimlərinin 86 faizi test mərhələsini uğurla tamamlayıb.

Orta bal göstəricilərinə əsasən liderlik edən fənlər sırasında ibtidai sinif (48 bal), Azərbaycan dili (47 bal) və coğrafiya (46 bal) fənləri yer alır.

1 /1

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.