
2025-ci ilin ilk yarısında fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və ya verilməsindən imtina edilməsi ilə bağlı nəticələr açıqlanıb.
Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasından “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ən çox elmi dərəcə filologiya sahəsində verilib – 52 nəfər. İqtisad elmləri üzrə 46, tibb elmləri üzrə isə 32 nəfərə fəlsəfə doktoru diplomu təqdim olunub.
Ən çox imtina da filologiya sahəsində (23 nəfər) qeydə alınıb. Bundan başqa, sənətşünaslıq sahəsində 18, biologiya, tibb elmləri və kimya üzrə hər bir birində 13 nəfərə elmi dərəcənin verilməsindən imtina edilib.
Ümumilikdə, riyaziyyat (12 nəfər), texnika elmləri (27 nəfər), tarix elmləri (10 nəfər), kimya elmləri (19 nəfər), psixologiya (7 nəfər), milli təhlükəsizlik və hərbi elmlər (3 nəfər) və digər elm sahələrində də fəlsəfə doktoru dərəcəsi alanlar olub.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər