Bütün xəbərlər
27 avqust, 15:23

Masallı rayonunun Həsənli kəndindən olan Aytac Həziyevanın həyatı asan olmayıb. Atasını iki yaşında itirib, dörd yaşında keçirdiyi uğursuz ürək əməliyyatı isə onun taleyini dəyişib. O vaxtdan əlil arabasına məhkum olub. Amma 17 yaşlı bu gənc qız həyatın sınaqlarına təslim olmayıb, əksinə, hər çətinlik ona yeni güc verib. 

“Həyatım film kimidir. Amma bu film həm çətin, həm də mənalı davam edir”, – deyir Aytac.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində rəqs, DOST Mərkəzində “Bank işi” kursunu, “Türk sanat akademi” teatr məktəbində aktyorluq kursunu, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində kompüter kursunu uğurla bitirib. Müxtəlif idman növləri ilə məşğul olur, eyni zamanda gitarada ifa edir. Əl işləri hazırlayır, tədbirlərdə, bir çox layihələrdə aktiv iştirak edir. Onun həyatında sevincli məqamlar da çoxdur. Xüsusən də “Son zəng”də səhnəyə çıxıb rəqs müəllimi ilə rəqs etməsi bütün ölkə mediasında gündəm olmuşdu. Sosial şəbəkələrdə ona ünvanlanan xoş sözlər, alqışlar Aytac üçün böyük motivasiya olub. 

Onun üçün təhsil, incəsənət və idman ayrılmaz dəyərlərdir. Ancaq o, ən çox özünü incəsənətdə tapır: “Gələcəyimi aktyorluqda görürəm. Özüm kimi şəxslərin həyatını işıqlandırmaq, onları cəmiyyətə tanıtmaq istəyirəm”. 

Aytacın arzuları təkcə Azərbaycanla məhdudlaşmır, həm ölkə daxilində, həm də xaricdə uğurlar qazanmaq istəyir. Onun bu uğurlu yolunun arxasında böyük zəhmət və iradə dayanır.

Orta təhsilini evdə alan Aytac bu il məzun olub və artıq Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. Yeni tədris ilindən “Veb-dizayn və proqram təminatçısı” ixtisası üzrə oxumağa başlayacaq, amma bununla kifayətlənmək niyyətində deyil:

“Peşə Təhsil Mərkəzini bitirdikdən sonra ali məktəbə qəbul olub, davam etmək, ixtisasımı daha da inkişaf etdirmək istəyirəm”.

Həyat ona həm də müxtəlif sahələrdə özünü sınama imkanı verib. Musiqi, əl işləri, gitara ifası, aktyorluq kursları, idmanda qazandığı medallar... Bütün bunlar Aytacın zəngin dünyasının bir parçasıdır. Paralimpiya oyunlarında boccia idman növü üzrə 3-cü, qol güləşində sağ qolda birinci, sol qolda ikinci yerə çıxıb. Tədbirlərdə, dövlət tədbirlərində, layihələrin daim fəal iştirakçısı olub. Amma bütün uğurlarının arxasında bir həqiqəti də gizlətmir: “Çox vaxt ümidsizliyə düşmüşəm. Lakin anamın sevgisi, inamı, iradəsi mənə güc verib”. Aytacın gənclərə və onların valideynlərinə qısa tövsiyəsi də var: “Hər çətinlik müvəqqətidir. İradəli olun, özünüzə inanın və heç vaxt “bacarmaram” deməyin. Əziz valideynlər, övladlarınıza dəstək olun, motivasiya verin ki, ruhdan düşməsinlər”. 

Aytacın arzuları böyükdür. O, müalicə alıb ayağa qalxmaq, həm Azərbaycan, həm də Türkiyənin serial və filmlərində rol almaq istəyir. 
“Məqsədim böyükdür”, – deyən Aytacın qazandığı uğurlar onun güclü iradəsinin və əzmkar ruhunun göstəricisidir. Təhsil, incəsənət və idmanda əldə etdiyi nailiyyətlər isə gələcəkdə daha böyük zirvələrə gedən yolun başlanğıcıdır. O, əlil arabasında olsa da, arzularının gücü ilə ayaqları üstə dayanır. İnanırıq ki, qarşıda onu yeni uğurlar, yeni sevinclər gözləyir. Biz də ona bu yolda uğurlar arzulayırıq.

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.