Bütün xəbərlər
25 avqust, 10:26

Qusarlı gənc qız regionda ilkə imza atmağa müvəffəq olub. Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsi Qusar rayonu təhsil sektoru nəzdində fəaliyyət göstərən Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin evdə fərdi təhsilə cəlb olunmuş məzunu Ağababayeva Nuranə Ağababa qızı 313.3 balla Bakı Mühəndislik Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul edilib.

Tələbə adını qazanan Nuranə Ağababayeva sevincini “Azərbaycan müəllimi” ilə bölüşüb.

2007-ci ildə Qusar rayonunun Bədirqala kəndində anadan olan Nuranə Ağababayeva 2014-cü ildə Bədirqala kənd ümumi orta məktəbinin birinci sinfinə qəbul edilsə də, səhhəti ilə əlaqədar məktəbə gedə bilmədiyi üçün evdə fərdi təhsilə cəlb olunub. Nuranənin sözlərinə görə, evdə fərdi təhsil aldığı illər ərzində Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşları, təhsil aldığı məktəbin rəhbərliyi və müəllimləri daim onu diqqətdə saxlayıb, tez-tez ona baş çəkib və köməyini əsirgəməyiblər: “Rayonumuzun təhsil sektorunun müdiri Naira Kliçova, sektorun əməkdaşı Nəzirə Babayeva həmişə mənim təhsilimlə maraqlanıb, mənə lazımi kömək göstəriblər. Həmçinin mənə dəstək olan məktəbimizin direktoru Babacan Zəkiyevə, coğrafiya müəllimim Sahib Ağaverdiyevə, riyaziyyat müəllimim Yeganə Hacıyevaya, eləcə də digər müəllimlərimə təşəkkürümü bildirirəm. Müəllimlərimin köməyi və öz üzərimdə daim çalışaraq tələbə adını qazanmağa nail olmuşam”. 
 
Nuranə bildirir ki, universitetdə əyani təhsil almağı düşünür. O, ali məktəbin ərazisində yerləşən tələbə yataqxanasında qalmağı planlaşdırır. Tələbə olmaq sevincinin təəssüratlarını bölüşən qənc qız sevincinin hədd-hüdudu olmadığını qeyd edir: “Universitetə qəbul olacağıma çox inanırdım. Çünki qarşıma məqsəd qoyaraq əzmlə öz üzərimdə çalışırdım. Ailəm həmişə mənim yanımda olaraq təhsilimlə maraqlanıb, mənə ruh yüksəkliyi verib, dəstək göstəriblər”. 

Bacarıqlı gəncin oxumaqdan başqa bir çox sevdiyi məşğuliyyətləri də var. O, pianinoda gözəl ifa edir, rəsmlər çəkir, müxtəlif əl işləri ilə məşğul olur. Nuranənin hədəfi univeristetin bakalavriat səviyyəsini yüksək nəticələrlə bitirmək, daha sonra təhsilini davam etdirməkdir. 
Nuranə Ağababayevanın timsalında bir daha şahid oluruq ki, məqsəd və əzmkarlıq bütün çətinliklərin öhdəsindən gəlməyə bəs edir.
 

Gələcək arzularına çatmaq üçün Nuranəyə möhkəm cansağlığı və bol uğurlar diləyirik!

1 /7

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.