Bütün xəbərlər
15 sentyabr, 13:07

"Bu tədris ilində ölkə üzrə 30-a yaxın məktəb tikilib istifadəyə verilib və əsaslı təmir olunub. Fərəhləndirici haldır ki, Qarabağda bir çox yeni məktəblər fəaliyyət göstərəcək".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Abşeron rayonu, Saray qəsəbə 1 nömrəli tam orta məktəbdə “Bilik günü” tədbirində iştirak edərkən jurnalistlərə açıqlamasında qeyd edib.

Nazir müavini Qarabağda cari tədris ilində yeni 11 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərəcəyinə, eyni zamanda Qarabağ Universitetində Tibb fakültəsinin açılışına diqqət çəkərək bütün bunların ölkə Prezidenti İlham Əliyevin təhsilə çox böyük diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. 

"Təhsil ölkənin gələcəyidir. Təhsilalanlar və təhsilverənlər üçün dövlət tərəfindən lazımi şərait yaradılıb ki, tədrisin keyfiyyəti yüksək səviyyədə olsun", - Firudin Qurbanov bildirib. 

Saray qəsəbə 1 nömrəli tam orta məktəbin yeni binası ilə yaxından tanış olan nazir müavini qeyd edib ki, 960 şagird yerlik müasir tələblərə cavab verən təhsil ocağı təhsilalanların yüksək nəticə göstərməsinə imkan yaradacaq. 

"Ölkəmizdə son illər təhsildə yüksək nailiyyətləri görürük. Bir çox istiqamətlərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi STEAM layihəsi kimi müsair tədris texnologiyalarının tətbiqinə imkan yaradır. Bunların nəticəsi olaraq şagirdlərimizin yüksək nailiyyətlərini qeyd etmək lazımdır. Keçən tədris ilində şagirdlərimiz beynəlxalq olimpiadalarda 50 medal qazanıblar. Bunların 5-i qızıl medaldır".

Məktəb məzunlarının göstərdiyi yüksək nəticələri də vurğulayan nazir müavini bildirib ki, bütün sadalananlar ölkəmizdə təhsil sahəsində dövlətin siyasətinin lazımi səviyyədə həyata keçirilməsinin bariz nümunəsidir.

Şərhlər

Xəbər lenti

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

16 oktyabr, 15:42

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində dini radikalizmlə mübarizəyə dair görüş keçirilib

16 oktyabr, 14:54

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində görüş keçirilib

16 oktyabr, 14:43

AzTU-da su ehtiyatlarından səmərəli istifadə müzakirə edilib

16 oktyabr, 14:38

AzMİU tələbələrinin kibertəhlükəsizlik üzrə məlumatlılığı artırılır

16 oktyabr, 14:31

Birləşmiş Krallıqda təhsil alanların nəzərinə: Vizanın müddəti azaldılır

16 oktyabr, 13:58

Məktəblərdə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16 oktyabr, 13:01

2026-cı ilə qədər Füzuli və Şuşa peşə təhsili mərkəzləri istifadəyə veriləcək

16 oktyabr, 12:56

Gələn ilin sonunadək 6000 nəfər peşə təlimlərinə cəlb ediləcək

16 oktyabr, 12:22

Gənc ixtiraçıların yarış həyəcanı – Naxçıvanda SAF-a hazırlıq

16 oktyabr, 12:08

Qısamüddətli peşə təlimlərini bitirmiş müdavimlərə sertifikat təqdim olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.