
11 iyulda G1 (zəif qasırğa) səviyyəli geomaqnit qasırğası olması ehtimalı var.
Bu barədə “Azərbaycan müəllimi”nə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, mənfi qütblü tac dəliyi axınlarının təsiri ilə dünən və bu gün G1 səviyyəli geomaqnit qasırğası müşahidə olunur. 7-13 iyul C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə və 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin müşahidə olunan mənfi qütblü tac dəliyi axınlarına bağlı olaraq bağlı olaraq 9 iyuladək normadan yüksək qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-30%, orta coğrafi enliklərdə isə 20-1%-dir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər