Bütün xəbərlər
14 avqust, 17:07

“Google” şirkəti qarşıdakı iki il ərzində ABŞ-nin Oklahoma ştatında bulud və süni intellekt (AI) infrastrukturunu genişləndirmək məqsədilə 9 milyard dollarlıq investisiya planını açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə çərçivəsində Stilvoter şəhərində yeni məlumat mərkəzi kampusu inşa olunacaq, Pryor şəhərindəki mövcud obyekt isə genişləndiriləcək. Bu təşəbbüs şirkətin ABŞ təhsili və rəqabət qabiliyyəti üçün nəzərdə tutulmuş 1 milyard dollarlıq daha böyük proqramının bir hissəsidir.

İnfrastruktur layihələri ilə yanaşı, “Google” Oklahoma Dövlət Universitetləri ilə əməkdaşlıq edərək “Google AI”for Education Accelerator" proqramı vasitəsilə təhsil və işçi qüvvəsinin inkişafına dəstək göstərəcək. Tələbələr ödənişsiz peşə sertifikatları və süni intellekt üzrə təlimlər əldə edəcək, bu da onlara standart dərs proqramından kənar, əmək bazarına hazır bacarıqlar qazandıracaq.

Əlavə maliyyə dəstəyi “ALLIANCE” təşkilatının elektrik təlim proqramına ayrılacaq. Bu proqram elektrik işçilərinin sayını 135% artıraraq AI əsaslı enerji infrastrukturunu idarə etmək üçün lazım olan kadr potensialını formalaşdıracaq.

“Google” bu sərmayəni “Amerika innovasiyaları üçün fövqəladə dövr” kimi qiymətləndirib və bunun ABŞ-ın süni intellekt sahəsində liderliyini qorumağa yönəldiyini bildirib. Şirkət həmçinin bu addımın milli təhlükəsizlik baxımından əhəmiyyətini vurğulayaraq, “OpenAI” və “Anthropic” kimi yerli, eləcə də Çinin “DeepSeek” şirkəti kimi beynəlxalq rəqiblərlə rəqabətdə üstünlüyün qorunmasına xidmət edəcəyini qeyd edib.

Şərhlər

Xəbər lenti

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

15 avqust, 13:19

İngilis dili tədrisində yeni mərhələ: BERT-LSTM platforması

15 avqust, 13:10

Bu universitet illik təhsil haqlarını artırmayıb

15 avqust, 12:53

14 gənc Çində DP çərçivəsində təhsil alacaq

15 avqust, 12:46

Sabahın hava proqnozu açıqlanıb

15 avqust, 11:12

“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır

15 avqust, 11:05

Rus bölməsi üzrə MİQ-in müsahibə mövzuları – SİYAHI

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.