
“Həyat bilgisi fənni ibtidai siniflərin 1-ci sinfindən başlayaraq 4-cü sinfədək tədris olunur. Əvvəlki illərdə bu fənnin ilk siniflərdə tədrisinə həftədə 1 saat ayrılırdı. Lakin bu ildən etibarən 3-cü sinif üçün yeni "Həyat bilgisi" dərsliyi məktəblərə təqdim olunub və fənnin tədrisi həftədə 2 saata qaldırılıb”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 3-cü siniflərində tətbiq olunacaq yeni nəsil “Həyat bilgisi” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov səsləndirib.
O bildirib ki, kurikulum da təkmilləşdirilib, yeni dərslik hazırlanıb. Əvvəlki illərdə olduğu kimi, bu fənni ibtidai sinif müəllimləri tədris edəcəklər.
“Həyat bilgisi” dərsliklərinin müəllifi, layihə rəhbəri Elşad Yunusov isə qeyd edib ki, 1-ci sinifdə uşaqların ünsiyyət və münasibət bacarıqları hələ zəif olduğuna görə, Həyat bilgisi fənnində mövzuların paylanmasında əsasən sosial istiqamət üstünlük təşkil edir. Belə ki, dərsliklərdə və standartlarda balans təqribən 30% təbiət elmləri, 70% sosial mövzular üzərində qurulub.
"2-ci sinifdə bu nisbət dəyişir – 40% sosial, 60% təbiət elmlərə ayrılır. 3-cü və 4-cü siniflərdə təbiət elmləri üzrə mövzular daha da artır. Xüsusən 4-cü sinifdə 70% təbiət elmləri, 30% sosial mövzular təşkil edir. Bu mərhələdə təbiət elmlərinə üstünlük verilməsi təsadüfi deyil. Çünki həmin mövzular artıq 5-ci sinifdə tədris olunan təbiət elmlərinin əsasını təşkil edir. Əgər şagirdlər bu bilikləri ibtidai siniflərdə mənimsəməsələr, növbəti siniflərdə bəzi mövzuların öyrənilməsi onlar üçün çətinlik yarada bilər”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər