Bütün xəbərlər
10 sentyabr, 11:37

Azərbaycan təhsilində yeni bir yanaşma gündəmə gəlib. Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi təklif edir ki, şagirdlərin təlim nəticələrinin yüksəldilməsi məqsədilə mürəkkəb mövzular daha səriştəli müəllimlər tərəfindən paralel siniflərdə tədris olunsun. Zərurət yarandıqda isə bir sinifdə iki müəllimin əməkdaşlıq şəklində dərs aparması nəzərdə tutulur. Bu modelin əsas məqsədi müəllimlərin bir-birindən öyrənməsi, dərs dinləmələrinin formal yox, nəticəyönümlü olması və məktəbdə inkişafetdirici, dəstəkləyici mühitin formalaşdırılmasıdır.

Bu təşəbbüs dünyanın bir çox ölkəsində sınaqdan çıxarılan bir təcrübəyə söykənir. Finlandiyada artıq uzun illərdir ki, tətbiq edilən “co-teaching” modeli müəllimlərin bir dərsdə bir-birini tamamlamasına əsaslanır. Bu model daha çox xüsusi təhsilə ehtiyacı olan şagirdlərin inteqrasiyası məqsədilə tətbiq olunur. Sinifdə həm əsas fənn müəllimi, həm də xüsusi təhsil üzrə ixtisaslaşmış müəllim dərs aparır. Müəllimlərdən biri mövzunu izah edərkən digəri fərdi dəstək göstərir. Onlar dərsin planlaşdırılmasında, təqdimatında və qiymətləndirilməsində əməkdaşlıq edirlər.

Sinqapurda müəllimlərin siniflər üzrə rotasiyası şagirdlərin çətin mövzuları daha dərindən mənimsəməsinə imkan verir. Burada fənlər üzrə ən güclü müəllimlər xüsusi mövzuları bütün paralel siniflərdə tədris edir və bu, şagirdlər arasında nəticə fərqlərini minimuma endirir. ABŞ və Böyük Britaniyada isə ortaq dərs və müəllimlərarası “peer-observation” peşəkar inkişaf proqramlarının mühüm tərkib hissəsidir. Bu yanaşmalar müəllimlərin əməkdaşlığını gücləndirməklə yanaşı, həm də şagirdlərin nailiyyətlərinin artmasına səbəb olub.

Azərbaycan müəllimləri də bu yeni təşəbbüs haqqında fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüblər.

Neftçala rayonu Qırmızıkənd tam orta məktəbinin ibtidai sinif müəllimi Xavər Mehrabova hesab edir ki, paralel siniflərdə təcrübəli müəllimlərin dərs aparması tədrisin keyfiyyətini yüksəldəcək və sağlam rəqabət yaradacaq: "Daha bilikli, savadlı müəllimlər dərs deyirsə, hər bir müəllim öz sinfində keyfiyyəti artırmaq üçün səy göstərəcək. Hər kəs çalışacaq ki, onun sinfi daha yaxşı nəticə göstərsin. Bu da müsbət təsir edəcək”, – deyə o bildirir. 

X.Mehrabova şəxsi təcrübəsindən də danışır. Bildirir ki, vaxtilə dərslərində gənc həmkarı da iştirak edib , ona yazıların yoxlanılmasında və tapşırıqlarda kömək imkanı yaradıb. Onun sözlərinə görə, savadlı və təcrübəli ikinci müəllimlə işləmək xüsusilə şagird sayı çox olan – 40-45 nəfərlik siniflərdə dərsin səmərəliliyini qat-qat artırar. Lakin o, bir şərti də xüsusi vurğulayır. Bu prosesdə müəllimlər arasında mehribanlıq və səmimiyyət mütləq olmalıdır, əks halda, işin nəticəsi zəifləyə bilər.

Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Samirə Dadaşova isə məsuliyyət amilinə diqqət çəkir. Onun fikrincə, dərsi bir müəllim tədris edir, digəri isə həmin mövzunun sual-cavabını aparır və ya testlərini yoxlayırsa, həm şagirdlər, həm də müəllimlər daha çox məsuliyyət hiss edəcəklər: “Məsələn, mən mövzunu tədris edirəm, digər müəllim gəlir və həmin mövzunun testini yoxlayır. Bu halda uşaq da, müəllim də daha çox məsuliyyət hiss edəcək. Əvvəllər evdə mövzunu iki dəfə oxuyurdusa, indi dörd dəfə oxuyacaq. Çünki şagird biləcək ki, dərsi başqa müəllim soruşacaq”.

S.Dadaşova xüsusən aşağı yaş qrupunda bu modelin effektiv ola biləcəyini düşünür, çünki bu yaşda şagirdlərdə məsuliyyət hissinin formalaşması onların gələcək öyrənmə davranışlarına ciddi təsir edir.

Beyləqan rayonu Yuxarı Kəbirli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Namazova isə təşəbbüsü müasir və faydalı bir yanaşma adlandırır. O düşünür ki, bu model həm şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə, həm də gənc müəllimlərin öyrənməsinə imkan yarada bilər: “Təcrübəli müəllimin dərsini izləyən gənc müəllim öyrənmək fürsəti əldə edə bilər. Dərsə müxtəlif yanaşmalar gətirildiyi üçün şagirdlərin mənimsəmə faizi yüksələcək. Müəllimlər arasında əməkdaşlıq və metodiki dəstək mühiti formalaşa bilər”. 

Bununla belə, S.Namazova vacib bir detalı da qeyd edir: belə təşəbbüslər yalnız könüllülük əsasında və mərhələli şəkildə tətbiq edilməlidir. Onun sözlərinə görə, əgər bu model hörmət və əməkdaşlıq ruhu ilə həyata keçirilərsə, nəticəsi daha səmərəli olacaq. 

Müəllimlərin fikirlərindən də görünür ki, təşəbbüs ümumilikdə müsbət qarşılanır, amma praktikada uğurlu olması üçün müəllimlər arasında mehriban əməkdaşlıq, könüllülük prinsipi, səmərəli iş bölgüsü və real ehtiyacların nəzərə alınmalıdır. 

Şərhlər

Xəbər lenti

10 sentyabr, 14:30

Məktəblər yeni tədris ilinə necə hazırlaşır? – REPORTAJ

10 sentyabr, 13:58

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

10 sentyabr, 11:41

Bakı elm paytaxtına çevrilir: THE-nin sammitinə sayılı günlər qaldı

10 sentyabr, 11:27

“Müəllimlərin qiymətləndirmə materiallarını bölüşmələrini dəstəkləmirəm” – Dərslik müəllifi

10 sentyabr, 11:09

Tələbələrin hüquqi bilikləri və həmrəyliyi müzakirə olunub

10 sentyabr, 11:05

Mil-Muğan regionunun şagirdlərinə 307 minə yaxın dərslik paylanacaq

10 sentyabr, 11:02

Peşə ixtisasları üzrə nəzəri biliklər qiymətləndirilib

10 sentyabr, 10:59

Payız fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlanıb

10 sentyabr, 10:44

Həyat bilgisi fənninin dərs saatı artırılıb – Yeni dərslikdə nələr var?

10 sentyabr, 10:43

Eksternat imtahanla arzusuna qovuşdu: 652 balla universitetə qəbul oldu

10 sentyabr, 10:17

Naxçıvan məktəbi “İnnovativ məktəb” layihəsinin qalibi olub

10 sentyabr, 09:52

MDU-da fəaliyyətə başlayan yeni müəllimlərlə görüş keçirilib

10 sentyabr, 09:50

Xeyirxahlıq təcəssümünə çevrilən məktəb: Houbada şagirdlər Azərbaycanın yardımını minnətdarlıqla xatırlayırlar

10 sentyabr, 09:37

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına seçmə imtahanı keçirilib

10 sentyabr, 09:22

Tələbələr yay düşərgəsində bir araya gəliblər  

10 sentyabr, 08:45

Kolleclərə əlavə yerləşdirmə üzrə qeydiyyat başladı

9 sentyabr, 18:46

“Huawei” ADNSU tələbələri üçün beynəlxalq müsabiqədə iştirak imkanı yaradıb

9 sentyabr, 18:37

NDU-nun rektoru beynəlxalq təqaüd proqramının qalibləri ilə görüşüb

9 sentyabr, 18:05

MİQ müsahibələri ilə bağlı apellyasiyanın nəticələri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.