
Böyük Britaniyada 2026-cı ildən ölkənin ilk “superuniversiteti” yaradılacaq.
“Azərbaycan müəllimi” BBC-yə istinadən xəbər verir ki, bu, Kent və Qrinviç universitetlərinin birləşməsi nəticəsində mümkün olacaq. Yeni qurum London və Cənub-Şərq Universitetləri Qrupu adlandırılacaq.
Yeni model vahid vitse-kansler rəhbərliyi altında fəaliyyət göstərəcək və tədris mövcud kampuslarda aparılacaq. Hər iki universitet öz adını qoruyacaq, tələbələrin qəbul və diplom prosesi isə dəyişməyəcək.
İngiltərənin ali təhsil tənzimləyicisi (OfS) bu təşəbbüsü alqışlayaraq bildirib ki, hazırda ölkə universitetlərinin 40%-i maliyyə kəsiri ilə üzləşib və gələcəkdə oxşar addımlar digər ali məktəblər tərəfindən də atıla bilər.
Qrinviç Universitetinin rəhbəri professor Ceyn Harrinqton yeni modelin regionun iqtisadiyyatına töhfə verəcəyini hesab edib. Kent Universitetinin müvəqqəti rəhbəri professor Corcina Rendsli de Moura isə bu birləşməni “yolgöstərən model” adlandırıb.
Hazırda İngiltərədə təhsil haqqının real dəyəri xərclərin artımı səbəbindən aşağı düşüb, xarici tələbələrin müraciətləri isə 16% azalıb. Bu fonda “superuniversitet” təşəbbüsü ali təhsildə yeni maliyyə sabitliyi yaratmaq məqsədi daşıyır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər