Bütün xəbərlər
11 avqust, 12:06

III ixtisas qrupunun müsabiqə vəziyyəti haqqında vacib məlumatlar açıqlanıb. 

“Azərbaycan müəllimi”nin məlumatına görə, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə videomüraciətində bildirib ki, bu qrupda abituriyentlərin sayı plan yerlərindən çoxdur:

"Bir çox abituriyentlər ixtisas seçimini hələ 8-ci, 9-cu sinifdə edərək III qrupu seçsə də, burada həmişə yüksək səviyyəli müsabiqə şəraiti formalaşır. Bu il də istisna deyil. III qrupda iki alt qrup mövcuddur. DT (Dil-Tarix) alt qrupunda imtahanın ikinci mərhələsində balı 100-dən az olmayan və ümumi nəticəsi 200 baldan yuxarı olan abituriyentlərin sayı 19 min 995 nəfərdir. Halbuki DT üzrə dövlət planında ayrılan yerlərin sayı 13 min 558-dir. Bu isə o deməkdir ki,  III qrupa sənəd verən təxminən 6 min nəfərin ali məktəbə qəbul olunmayacağı indidən məlumdur”.

Məleykə Abbaszadə orta nəticə göstərən abituriyentlərə tövsiyə edib ki, ixtisas seçiminin birinci mərhələsində siyahılarını çox ciddi şəkildə tərtib etsinlər və öz istəklərini nəzərə alaraq real nəticələrə əsaslanıb seçim etsinlər:

“Çünki müsabiqə vəziyyəti çox yüksəkdir. İxtisas qrupunun DT alt qrupunda dövlət sifarişli yerlərin sayı 3 953-dür. Yəni təxminən 4 min yerə 20 minə yaxın abituriyent müsabiqəyə qatılacaq. Ona görə də ötən və cari ilin keçid ballarının dəyişməsini nəzərə almaq vacibdir. 600 baldan yuxarı nəticə göstərənlərin sayı bu il 1 005 nəfərdir, ötən il isə 972 nəfər idi. Bu o deməkdir ki, yüksək bal tələb edən ixtisaslarda vəziyyət ötən ilki səviyyədə qalacaq və keçid ballarında ciddi dəyişiklik gözlənilmir”.

Şərhlər

Xəbər lenti

11 avqust, 15:08

Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri açıqlanıb

11 avqust, 15:05

Yeni tədris ilində neçə məktəb istifadəyə veriləcək? 

11 avqust, 14:48

NDU-da tələbələr ayda 800 manatadək təqaüd ala bilirlər

11 avqust, 13:58

“Ən gərgin müsabiqə vəziyyəti bu qrupdadır” DİM sədri müraciət etdi 

11 avqust, 13:43

Türkiyədə yeni ali təhsil proqramlarının tətbiqinə başlanılır

11 avqust, 13:36

I qrupun keçid ballarında dəyişikliklər olacaq

11 avqust, 13:03

Sabahın hava proqnozu açıqlanıb

11 avqust, 12:58

MÜTDA məktəbli forması ilə bağlı açıqlama yayıb

11 avqust, 12:54

Bu il 285 nəfərə fəlsəfə doktoru dərəcəsi verilib

11 avqust, 12:46

28 mindən çox abituriyent dövlət sifarişli yerə qəbul olacaq

11 avqust, 12:34

II qrupun bəzi ixtisaslarında keçid balları enə bilər

11 avqust, 12:27

Rus bölməsi üzrə tələbə qəbulu dayandırılıb? – RƏSMİ CAVAB

11 avqust, 11:57

Məleykə Abbaszadə: Bal sizin əməyinizin nəticəsidir, seçim də sizin olmalıdır

11 avqust, 10:54

Geomaqnit qasırğası gözlənilir

11 avqust, 10:43

Bakı məktəbləri üzrə 4 063 şagirdin yerdəyişmə sorğusu yerləşdirilib

11 avqust, 10:02

Magistratura səviyyəsində "Pedaqogika" ixtisasının yeni təhsil proqramı təsdiq olunub

11 avqust, 09:01

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır

9 avqust, 18:29

ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər

9 avqust, 18:24

Qalib Liderin diplomatik Zəfəri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.