Bütün xəbərlər
8 iyul, 14:37

Müəllimlərin işə qəbulu müsabiqəsi artıq üçüncü gündür ki, davam edir. Bu gün ingilis dili müəllimləri imtahan zalında öz bilik və bacarıqlarını sınadılar. Onların arasında həm çoxillik təcrübəyə malik olanlar, həm də pedaqoji fəaliyyətə yeni başlayanlar var idi. 

“Azərbaycan müəllimi” imtahan iştirakçıları ilə həmsöhbət olaraq, onların təəssüratlarını öyrəndi.

"Bir az da çalışıb pik həddə çatmalıyam"

Bakı şəhəri Nərimanov rayonu 73 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nüşabə Cəfərova artıq 30 illik pedaqoji təcrübəyə malikdir. Ötən il müəllimlərin sertifikatlaşdırılması prosesində iştirak edən Nüşabə müəllim 53 bal toplayıb. Amma nəticəni kifayət hesab etməyib və üzərində daha çox işləməyə qərar verib: “Keçən il ingilis dili üzrə məktəbdə ən yüksək bal toplayan müəllim oldum – 53 bal. Amma düşündüm ki, bu azdır, özümü yoxlamalıyam, bir az da təcrübəmi artırmalıyam”.

Bu il könüllü olaraq müəllimlərin işə qəbulu imtahanında iştirak edən Nüşabə müəllim bu dəfə 85 bal toplayıb: “Bunu yenə də az hesab edirəm, bir az da çalışmalı, pik həddə çatdırmalıyam”.

“Sərbəst hazırlıqla 92,5 bal topladım”

Sabunçu rayonu 170 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Aidə İsmayılova isə 4 illik pedaqoji təcrübəyə malikdir. O, 2021-ci ildən həmin məktəbdə fəaliyyət göstərir. Sertifikatlaşdırma imtahanında 57 bal topladığını deyən Aidə müəllim bu dəfə MİQ imtahanında 92,5 bal əldə edib: “Düşünürəm ki, ixtisas üzrə 100 faiz yazmışam”.

O, imtahana əsasən sərbəst şəkildə hazırlaşdığını vurğulayıb: “Özüm hazırlaşmışam, kurikulum üzrə bir aylıq hazırlıqda iştirak etmişəm. Metodik suallar bir qədər çətin idi, amma işləyən müəllimlərin rahatlıqla yaza biləcəyi və digər müəllimlər üçün də uyğun sual tipləri var idi”.

Daha bir müsahibimiz ingilis dili müəllimi Afət Mehdiyeva idi. O, bu dəfəki imtahanda 86 bal topladığını bildirdi və imtahanın şəffaf təşkil olunduğunu qeyd etdi. Afət müəllim gələcəkdə Bakı məktəblərindən birində işə qəbul olunacağına ümid etdiyini də dedi.

“Magistratura təhsilimin ingilis dilində olması imtahana hazırlaşmağıma müsbət təsir göstərdi”

Azərbaycan Dillər Universitetinin məzunu olan və hazırda ikinci dəfə MİQ imtahanında iştirak edən Vüsalə Alxanova da uğurlu nəticəsi ilə fərqlənib. Daha əvvəlki imtahanda topladığı nəticəsindən razı qalmayan Vüsalə müəllim bu dəfə öz üzərində daha çox çalışaraq 88,75 bal toplayıb: “Magistratura təhsilimin ingilis dilində olması, həmçinin danışıq üzrə etdiyim praktika imtahana hazırlaşmağıma müsbət təsir göstərdi. İmtahan suallarına daha rahat cavab verə bildim”.

Vüsalə Alxanova gələcəkdə Bakı məktəblərindən birində müəllim kimi fəaliyyətini davam etdirərək peşəkarlığını artırmaq niyyətində olduğunu bildirib.

“96,25 bal – metodika və kurikulum mövzularını təkrarlamaq yetərli oldu”

Sonuncu müsahibimiz isə Vahidə Hasilova oldu. O, 2016-cı ildə MİQ imtahanında uğur qazanaraq Ağdam məktəblərindən birində müəllim kimi işə başlamış, sonradan pedaqoji fəaliyyətinə fasilə vermişdi. 2021-ci ildə yenidən imtahanda iştirak edərək maksimum 60 baldan 54 bal toplayan Vahidə müəllim həmin il ölkə üzrə birinci olmuşdu.

Bu il isə özünü bir daha sınamaq qərarına gələn Vahidə müəllim hazırlaşaraq MİQ imtahanında 96,25 bal topladığını bildirdi: “Fənn üzrə suallara xüsusi hazırlaşmadım, yalnız metodika və kurikulum mövzularını imtahandan əvvəl bir qədər təkrar etdim. İmtahan çətin deyildi, yaxşı təşkil olunmuşdu və ixtisasını yaxşı bilən müəllimlər üçün çətinlik yaratmırdı”.

İmtahanda iştirak edənlər arasında hazırda məktəblərdə çalışan müəllimlər də var idi. Onları bu imtahana gətirən əsas səbəb isə şagirdlərinin qarşısına daha hazırlıqlı çıxmaq istəyi idi. İmtahanda ilk dəfə iştirak edən gənc müəllimlər isə pedaqoji fəaliyyətin necə ləyaqətli bir yol olduğunu yaxşı bilirdilər.

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.