Bütün xəbərlər
6 iyul, 12:40

Azərbaycan Rəssamlıq Akademiyasının SABAH qruplarının könüllü qeydiyyatdan keçmiş tələbələri üçün “Azərbaycanın rəngləri – mədəni harmoniyalar” adlı rəng təlimi keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, təlim, akademiyanın “Dizayn” kafedrasının baş müəllimi Xatirə Hüseynəliyevanın şəxsi dəvəti ilə Bakıya gəlmiş İtaliyanın tanınmış rəng və material dizayneri Francesca Valan tərəfindən aparılıb. 

Qeyd edək ki, Francesca Valan “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Xatirə Hüseynəliyevaya Milandakı Dizayn Politexnik Məktəbində (Scuola Politecnica di Design) dərs deyib. 

Xatirə Hüseynəliyevanın qəzetimizə verdiyi məlumata görə, Francesca Valan məhsul kimliyini rəng, material və faktura (CMF Design) vasitəsilə formalaşdıran aparıcı mütəxəssislərdəndir. O, beynəlxalq şirkətlər üçün rəng strategiyaları hazırlayır, ictimai məkanlar və uşaq oyun sahələri üçün dizayn həlləri təklif edir. Milan Avropa Dizayn İnstitutu (IED) və Milan Politexnik Universitetində (Politecnico di Milano) dərs deyir, İtaliya və xaricdə müxtəlif universitet və qurumlarda mühazirələr oxuyur. Chicco, Samsung, Lego, Ferrari kimi markalarla işləyib, 30-dan çox konfransda çıxış edib və eyni sayda nəşrə imza atıb.

O, eyni zamanda rəng mövzusunda sərgilər və seminarlar təşkil edir. Francesca Valan Campari üçün “Qırmızı” rənginə həsr olunmuş sərginin kuratoru olub. Təlimin birinci günü Francesca Valan YARAT Müasir İncəsənət Mərkəzində tələbələrlə görüşərək öz layihələrindən ibarət təqdimatla çıxış edib və təlimin məzmunu, məqsədi barədə məlumat verib. Tələbələr 5 rəng qrupu üzrə (“Ağ-qara”, “Sarı”, “Qırmızı”, “Yaşıl”, “Göy”) bölünərək müvafiq istiqamətlərdə tədqiqatlara başlayıblar. İkinci gün tələbələrlə birlikdə Milli Azərbaycan Tarix Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinə səfərlər təşkil olunmuş, eksponatlarda istifadə olunan rənglərin kodları və onların mənaları araşdırılıb. Təlimin üçüncü günü tələbələr toplanmış rəng məlumatlarını “Asmart MMC”nin yaradıcı mərkəzində sistemləşdirərək təhlil etmiş və ilkin nəticələr üzərində işləyiblər. 

Daha sonra YARAT Müasir İncəsənət Mərkəzinin sərgi kompleksində Francesca Valan 2000-ci ildən bu günə qədər rəng və materiallar sahəsində apardığı araşdırmaların inkişaf dinamikasına dair təqdimatla çıxış edib. Ardınca təlimin nəticələrini əks etdirən 28 tələbənin A4 formatında hazırlanmış və ümumilikdə 52 layihədən ibarət işləri nümayiş olunub, tədbir sərgi ilə yekunlaşıb.  Sərgi və təqdimatda Azərbaycan Respublikasının Əməkdar rəssamı, xalçaçı-rəssam Məmmədhüseyn Hüseynov, Əməkdar rəssam Rəşad Ələkbərov, Azərbaycan Rəssamlıq Akademiyasının SABAH Mərkəzinin dekanı dosent Mətanət Nəsirova, “Dizayn” kafedrasının müdiri professor Faiq Dadaşov, baş müəllim Xatirə Hüseynəliyeva, SABAH Mərkəzinin koordinatoru və eyni zamanda ARA-nın İctimaiyyətlə Əlaqələr və Gənclər Siyasəti şöbəsinin müdiri Röya Mirzəli iştirak ediblər. 

Təlimin nəticəsi olaraq, hər bir qrup seçilmiş rəng üzrə 10 əşyanı araşdıraraq onların rəng kodlarını müəyyənləşdirib. Tələbələr nəzəri biliklərlə yanaşı, praktiki tədqiqat bacarıqları qazanıb, rənglərə mədəni yanaşma və onların sistemləşdirilməsi sahəsində yeni biliklər əldə ediblər.  Bu proses tələbələr üçün həm beynəlxalq rəng dizaynı yanaşmaları ilə tanışlıq, həm də milli vizual irsin rəng dili ilə yenidən əlaqə qurmaq baxımından mühüm təcrübə olub.

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 17:27

Məktəbəqədər təhsil uşaqların uğurlu gələcəyinin əsasını qoyur – İlahə Rəsulova

30 iyul, 17:11

ETN-də ictimai birliklər ilə tərəfdaşlıq məsələləri müzakirə olunub

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.