Bütün xəbərlər
31 iyul, 11:21

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan üçün sevindirici hadisə baş verib. Lənkəranın Separadi kənd tam orta məktəbinin builki məzunu Ruslan Əlizadə 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Gərgin keçən final görüşündə rusiyalı Maxaç Abdullayevi 3:2 hesabı ilə məğlub edən Ruslan fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

“Azərbaycan müəllimi” olaraq oxucuları kənd məktəbinin məzunu olan bu gəncin nailiyyətləri ilə tanış etmək istədik.

Ruslanın idman hekayəsi 10 yaşında başlayıb. Ailəsində idmana maraq varmış. Belə ki, böyük qardaşı Seyhun Əlizadənin güləşlə məşğul olması onu da həvəsləndirib. 

“Qardaşım güləşə gedirdi, ona baxıb həvəslənib idmana başladım”, – deyə Ruslan özü bildirir. Onun sözlərinə görə, ilk dəfə yarışa çıxanda həyəcandan yerində dayana bilmirmiş. Uşaqlıqda qazandığı ilk qələbə və əldə etdiyi mükafatlar onda bu idmana qarşı daha da böyük maraq yaradıb. Bu maraq illər ərzində zəhmətə, nəticəyə və qürura çevrilib.

Avropa çempionatında isə yaddaqalan anlardan biri yarımfinal mərhələsində erməni rəqibinə qalib gəlməsi olub. Bu zəfər Ruslana final yolunu açıb və o, qarşısına çıxan heç bir çətinliyə boyun əymədən sona qədər mübarizə aparıb. Onun sözlərinə görə, qızıl medal ona çox qapılar açıb və növbəti yarışlara daha yüksək motivasiya ilə hazırlaşmağa ruhlandırıb. Hazırlıq prosesi isə heç də asan olmayıb. Həm fiziki, həm də psixoloji cəhətdən yorucu olan məşqlərdən sonra evə qayıdarkən “Əziyyətlərimiz yerdə qalmayacaq” deyərək qardaşı ilə bir-birinə mənəvi dəstək olublar.

Final döyüşündə taktiki baxımdan Ruslan çox düşünülmüş bir yol seçib. “Mən xal hesabı ilə öndə olduğuma görə o mənə hücum edəcəkdi. Mən isə müdafiədə onun səhvini gözləyirdim”, – deyə bu önəmli görüşü xatırlayır.

Uğur tək başına gəlmir. Ruslan da bunun fərqindədir. O, müəllim və məşqçilərini minnətdarlıqla anır: Baba Rzayev, Firuz Ələkbərov, Qədir Əliyev və Mais Məmmədov ona daim dəstək olublar. Məktəbində də ona hər zaman arxa duran müəllimləri olub, xüsusilə İslam Əliyevin adını çəkir və təşəkkürünü bildirir.
Rejimini sabit saxlayan Ruslan hər gün eyni nizamla yaşayır: səhər tezdən məşqə gedir, məşqdən sonra istirahət edir və rejimini pozmamağa çalışır. Onun sözlərinə görə, uğur qazanmaq istəyən hər bir gənc mütləq məqsədli, əzmkarlıqla çalışan və özünə inanan biri olmalıdır: “Məqsədi olan, əziyyət çəkən, özünə inanan həmişə uğur qazanır. Əziyyət çəkməsən, uğur qazana bilməzsən”.

İrəlidə onu yeni yarışlar gözləyir və o, bu yarışlara daha ciddi hazırlaşır. Hədəfi sadə deyil: daha yaxşı nəticələr göstərmək və ölkəmizi yenidən beynəlxalq arenalarda layiqincə təmsil etməkdir.

Ruslan Əlizadənin iradəsi, ailəsinin və müəllimlərinin dəstəyi, eləcə də zəhməti bu qızıl medala gedən yolu aydın şəkildə işıqlandırır. Şübhəsiz ki, daha böyük uğurları hələ qarşıda olan bu gənc idmançının uğur hekayəsi bir çoxlarına ilham verəcək.

1 /2

Şərhlər

Xəbər lenti

26 avqust, 19:55

ADNSU-nun təşkilatçılığı ilə Rumıniyada keçirilən beynəlxalq elmi konfrans başa çatıb

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.