Bütün xəbərlər
9 iyul, 09:51

İyulun 4-də Koreyanın “Ars Praxia” data analitikası şirkətinin təsisçisi Leo Kim Sumqayıt Dövlət Universitetinə (SDU) səfər edib.

Bu barədə “Azərbaycan müəllimi”nə SDU-dan məlumat verilib.

Bildirilib ki, səfər Asiya İnkişaf Bankı və Koreya Respublikasının həyata keçirdiyi "Birgə Məsləhətçi Bilik Mübadiləsi Proqramı" (KSP) çərçivəsində reallaşıb. Proqramın məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətini yüksəltmək, universitet– sənaye əməkdaşlığını gücləndirmək və sahibkarlıq proqramlarının inkişafını təşviq edərək universitetlərin innovasiya mərkəzinə çevrilməsinə dəstək verməkdir. Bu səfər “Ali təhsil müəssisələrinin innovasiya mərkəzinə çevrilməsi – Sumqayıt Dövlət Universiteti nümunəsində” layihəsi çərçivəsində baş tutub.

Universitetin rektor vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov Leo Kimi qəbul edərək onu SDU-da görməkdən məmnun olduğunu bildirib. O, Azərbaycan ilə Koreya Respublikası arasında münasibətlərin dinamik inkişaf etdiyini, xüsusilə təhsil və informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu əməkdaşlıq ali təhsil müəssisələrinin potensialının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Leo Kim səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə universitet rəhbərliyinə təşəkkür edib. Görüş zamanı iki ölkənin təhsil sahəsində əməkdaşlıq imkanları, universitetlərarası təcrübə mübadiləsi və innovativ yanaşmalar müzakirə olunub, qarşılıqlı təkliflər dinlənilib.

Görüşdən sonra Leo Kim “Ali təhsildə innovasiyalar: Koreya təcrübəsi və təsirləri” mövzusunda mühazirə ilə çıxış edib. O, Koreyada ali təhsil sistemində həyata keçirilən islahatlar, innovasiya yönümlü təşəbbüslər və universitet-sənaye əməkdaşlığının uğurlu nümunələri barədə ətraflı məlumat verib. Tələbə və müəllim heyəti üçün faydalı olan bu mühazirə maraqla qarşılanıb. 

Şərhlər

Xəbər lenti

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.