Bütün xəbərlər
22 sentyabr, 12:11

Beynəlxalq STEAM Azərbaycan Festivalına 2 aydan az vaxt qalıb. Regionlarda yerləşən STEAM mərkəzlərdə festivala hazırlıqların gedişi ilə maraqlandıq. 

Lənkəran STEAM Mərkəzinin əməkdaşı Turanə Heydərlinin “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, mərkəzdə “SAF 2025”-ə hazırlaşan müxtəlif komandalar bu il 18 müxtəlif kateqoriya üzrə qeydiyyatdan keçiblər. O bildirib ki, komandalar seçim mərhələsinə ciddi şəkildə hazırlaşır və onların hər addımına dəstək olurlar.

“Hazırlıq digər həmkarlarım – Raya Ağayeva və Sevinc Mirzəyeva  ilə birlikdə festivala hazırlaşırıq, komandalarımıza mentorluq edir, onların hərtərəfli inkişafına çalışırıq. Hədəfimiz yalnız yarışa qatılmaq deyil, şagirdlərimizin elm və texnologiya sahəsində özünü ifadə etməsi, bilik və bacarıqlarını reallaşdırmasıdır. SAF Festivalı artıq ənənəyə çevrilib. Hər il yüzlərlə şagird bu festivalda iştirak edərək öz bacarığını göstərir, yeni dostlar qazanır və böyük nailiyyətlər əldə edir. İnanıram ki, bu il komandalarımız daha çox uğur və medal qazanacaq, ölkəmizin elm və texnologiya sahəsindəki potensialını bir daha sübut edəcəklər. Bu festival bizim üçün yalnız bir yarış deyil, gələcəyimizi quran şagirdlərin öz gücünü göstərdiyi böyük bir imkandır. Mən bir mentor olaraq sevinirəm ki, bu prosesin içindəyəm və şagirdlərimizə dəstək verə bilirəm”.

Mərkəzin digər əməkdaşı Sevinc Mirzəyeva bildirib ki, bu il ilk dəfə SAF-da iştirak edəcək: “Hazırda mərkəzimizdə “Flytech”, “Mexatronika”, “Fast and Furious”, “RoboSoccer”, “Cubesat” kimi maraqlı kateqoriyaların mütəxəssisləri komandalara təlimlər keçirlər. Hər komandada 2 və ya 3 uşaq olur. Şagirdlərimiz bu təlimlərdən böyük həvəslə faydalanır, hər gün yeni biliklər qazanır və yarışa daha da motivasiyalı hazırlaşırlar. Mənim komandam “Fast and Furious”, “Imagination to reality”, “VEX Robotics Competition”, “Robo Games”, “VidX” kateqoriyaları üzrə yarışacaq. Daha əvvəlki illərdə Lənkəran STEAM Mərkəzinin uğurları, qalibiyyətləri çox olub. Hər il SAF -da müxtəlif kateqoriyalar üzrə ilk 3 yerin qalibi olublar. Bu il əvvəlkilərdən də yaxşı nəticələr gözləyirik”.

 Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2021-ci ildən etibarən hər il Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə həyata keçirilir. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması, eləcə də STEAM əsaslı yanaşmanın tətbiqi ilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll və layihələrin hazırlanmasının təşviq edilməsidir.

1 /3

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.