Bütün xəbərlər
11 avqust, 16:04

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi dual peşə təhsili və dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində arıçılıq sahəsi üzrə olan “BalTeam” layihəsinin reallaşdırılmasına dəstək göstərib.

Peşə Təhsil Mərkəzinin direktoru Afər Kərimovun “Azərbaycan müəllimi”nə verdiyi məlumata görə, “BalTeam”in əsas məqsədi kənd təsərrüfatında, xüsusilə arıçılıqda data əsaslı qərarvermə mexanizmlərini inkişaf etdirmək, tətbiqi bacarıqları artırmaq və arıçılara zaman, enerji və resurslara qənaət etməyə şərait yaratmaqdır.

“Məlumdur ki, ölkəmizdə kənd təsərrüfatı sahəsində data əsaslı qərarların verilməsi üçün alətlər, demək olar ki, yox səviyyəsində idi. “BalTeam” layihəsi hazırda pilot mərhələdə tətbiq olunur və Prezident İlham Əliyevin “Ağıllı kənd təsərrüfatı və rəqəmsallaşma” çağırışlarına cavab olaraq reallaşan, kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqinə yönəlmiş innovativ bir addımdır. Layihənin əsas texnoloji nailiyyəti olan “Tərəzi” adlı ağıllı cihaz pətəklərə quraşdırılaraq balın miqdarı (ağırlıq sensorları), arıların çıxış-girişi (hərəkət sensorları), temperatur və rütubət (iqlim sensorları), enerji səviyyəsi (şarj göstəricisi) kimi məlumatları real vaxtda toplayır. Bu cihaz vasitəsilə arıçı pətəyə fiziki olaraq getmədən məlumat əldə edir, xəstəliklər və risklər erkən mərhələdə aşkarlanır, məhsuldarlıq və gəlir artır”.

Afər Kərimov onu da qeyd edib ki, layihə çərçivəsində gələcəkdə mobil tətbiqin hazırlanması, “Tərəzi” cihazlarının yerləşdiyi bölgələrin xəritədə əks olunması, şəxsi veb-kabinetlərin yaradılması və onlayn satış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin “BalBee” komandası tərəfindən hazırlanan “Bir Data” layihəsi İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi və SUP.VC şirkəti tərəfindən keçirilən regional hakatonun qalibi olub.

1 /9

Şərhlər

Xəbər lenti

17 oktyabr, 12:21

UNEC-də narkomaniyaya qarşı maarifləndirici tədbir keçirilib

17 oktyabr, 12:20

BŞTİ 274 nömrəli məktəbin şagirdi ilə bağlı hadisəyə münasibət bildirdi 

17 oktyabr, 12:12

Paytaxt məktəblərində Müstəqilliyin Bərpası Günü qeyd olunub

17 oktyabr, 11:43

Kürdəmirdə yanğın olan bağçada tədris davam edir – RƏSMİ AÇIQLAMA

17 oktyabr, 11:32

Əcnəbi tələbələrə miqrasiya qaydaları izah olunub 

17 oktyabr, 11:25

Qayıdışın səsi məktəbdən gəlir: Füzulidən reportaj

17 oktyabr, 11:14

Bağçalarda oyuncaqlardan necə istifadə olunmalıdır?

17 oktyabr, 10:44

AzMİU-da Texnologiyaların Transferi Mərkəzinin yeni bölməsi yaradılıb

17 oktyabr, 10:31

Gürcüstanda ali təhsilin müddəti azaldılacaq

17 oktyabr, 10:02

MDU ilə Ankara Hacı Bayram Veli Universitetinin tədris proqramları uyğunlaşdırılacaq

16 oktyabr, 17:47

ADNSU-nun daha 3 ixtisası beynəlxalq akkreditasiyadan keçib

16 oktyabr, 17:04

Bağça müdirlərinin diaqnostik qiymətləndirilməsinə start verilir

16 oktyabr, 16:56

ADNSU tələbələri “Hadrut” yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinə ekskursiya ediblər

16 oktyabr, 16:53

ADNSU məzunları qlobal mühəndislik yarışmasında uğur qazanıblar

16 oktyabr, 16:38

LDU-da “Qarabağ zəfəri ilə güclənən Azərbaycan” adlı konfrans keçirilib

16 oktyabr, 16:16

NDU beynəlxalq akkreditasiyaya hazırlaşır: seminarlara başlayıb

16 oktyabr, 16:12

Dərslər gec başlayarsa, yeniyetmələr daha uğurlu olarmı? - TƏDQİQAT

16 oktyabr, 15:58

SAF 2025 üçün qeydiyyat yekunlaşıb

16 oktyabr, 15:50

Azərbaycan inklüziv təhsil üzrə dünya konqresində təmsil olunur 

16 oktyabr, 15:47

“Bu məktəb məni uşaqlığıma geri qaytardı”- Cahangir Məmmədli

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.